Fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində Şuşada 1 189 nəfər seçici səs verəcək.
Ednews “secki-2024.az”a istinadən xəbər verir ki, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd dairə seçki komissiyasının azad edilən Şuşa şəhərində yeni yaradılan 105 saylı seçki məntəqəsində artıq bildirişlərin paylanması prosesi başa çatıb.
Qeyd edək ki, 105 saylı məntəqə Şuşada yeni inşa edilmiş 1 nömrəli tam orta məktəbin binasında yerləşir.
Binada müasir infrastruktur mövcuddur və qış mövsümü ilə əlaqədar mərkəzdə istilik sistemi tam fəaliyyətdədir.
Bununla yanaşı, məntəqəmiz lazımi texniki vasitə və metodiki vəsaitlərlə, yanğın təhlükəsizliyi, fasiləsiz rabitə və elektrik enerjisi ilə təchiz olunub. Vətəndaşların seçimlərini sərbəst şəkildə etmələri üçün səsvermə kabinələri quraşdırılıb, şəffaf seçki qutuları, mürəkkəb, ultrabənövşəyi lampalar və digər vəsaitlər gətirilib”.