Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Kris Allan Tərtərə səfər edib.
Ednews xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfirliyinin rəsmi "X" hesabında məlumat verilib.
"Kris Allan və konsul Edvard Krimbl ilə Tərtərə edilən ruhlandırıcı səfərdə qadın minatəmizləmə komandasının və arıçılıq biznesini idarə edən qadının əməyinin şahidi olduq.
Azərbaycan qadınlarına dəstək olmaqdan qürur duyuruq",- deyə qeyd edilib.