Quba-Qusar yolunun Qubanın Xucbala kəndindən keçən hissəsində - modul elektrik stansiyasının yanında yol qəzası baş verib.
Ednews-un Şimal bürosu xəbər verir ki, “Vaz 2108” markalı avtomobillə "Opel" markalı maşın toqquşub.
Xəsarət alanlar var. Hazırda sürücülərin və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.