ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidəçiləri Elia Varela-Serra və Yurgen Speidel 7 saylı Xankəndi Seçki məntəqəsində müşahidə aparıblar.
Ednews xəbər verir ki, BAMF-ın müşahidəçisi ilə görüşən xarici nümayəndələr seçki prosesini müşahidə ediblər.
ATƏT müşahidəçiləri əhalinin aktivliyini, ümumi seçki prosesini müşahidə ediblər. Onlar BAMF-ın müşahidəçisinə fondun rəhbəri Umud Mirzəyevə ad günü ilə bağlı təbriklərini çatdırıblar.
Xatırladaq ki, dekabrın 31-də ATƏT-in uzunmüddətli müşahidəçiləri Elia Varela-Serra və Yurgen Speidel Tərtər Regional Peşə Təlim Mərkəzini ziyarət etmişdilər.
Oğuz