Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Beynəlxalq Avrasiya Mətbuat Fondunun müşahidəçi komandasının seçki günü fəaliyyətlərini yüksək dəyərləndirib.
Ednews xəbər verir ki, o, Umud Mirzəyevə telefon vasitəsilə fikrini çatdırıb. E.Süleymanova BAMF-ın rəhbərinə və təşkilatın üzvlərinə seçki prosesində fəal iştirak etdiklərinə görə təbrik edib:
“Seçki günü çox gözəl bir gün yaşadıq. Bu seçkilər şəffaf, obyektiv və insanların aktivliyi ilə müşahidə olunan bir seçki kimi yadda qaldı. Ona görə mən hamıya minnətdarlığımı bildirirəm. Əsasən də BAMF-a, təşkilatın rəhəbəri kimi şəxsən Sizə, təşkilatın üzvlərinə təşəkkür edirəm. Uğurlu olsun! Yeni bir tarixə dövrə qədəm qoyduq. İnanıram ki, gələcəyimiz vaxtı ilə Heydər Əliyev dediyi kimi, günəş kimi parlayan bir Azərbaycana aparır”.
Qeyd edək ki, BAMF 50 nəfərlik müşahidəçi komandası ilə Azərbaycanda keçirilən növbədənkənar president seçkilərində missiyalarını uğurla həyata keçiriblər.
Oğuz