Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ednews xəbər verir ki, dünən səhər saatlarında 1984-cü il təvəllüdlü Emil Mehtiyev idarə etdiyi “Mazda” markalı avtomobillə Əhməd Rəcəbli küçəsi 20 ünvanının qarşısında yolu keçən piyadanı vurub.
Ağır xəsarətlər alan 1967-ci il təvəllüdlü Yaqut Rzaquliyeva Kliniki Tibbi Mərkəzə çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Nərimanov RPŞ-də cinayət işi başlanılıb.