“İRƏLİ” İB Xocalı Soyqırımının 32-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçirib

Cəmiyyət 15:23 26.02.2024

“İRƏLİ” İctimai Birliyi Xocalı Soyqırımının 32-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçirib.

Birliyin Mətbuat xidmətindən  Ednews-a bildirilib ki, “İRƏLİ” İctimai Birliyinin nümayəndələri və üzvləri faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

Tədbirlər planına uyğun olaraq “Xocalıya Ədalət” Kampaniyası çərçivəsində Beynəlxalq Muğam Mərkəzində “Xocalıya Ədalət” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Gənclər Fondunun dəstəyi, “İRƏLİ” İctimai Birliyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və “Cadenza” Müasir Orkestrinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Diqqətə çatdırılıb ki, hazırda müxtəlif kommunikasiya vasitələri və resurslarından geniş şəkildə istifadə edərək Xocalı həqiqətlərini qlobal şəkildə çatdırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya Ədalət” Beynəlxalq Maarifləndirmə Kampaniyası geniş fəaliyyət göstərir.

Faciədən 32 il ötməsinə baxmayaraq, hələ də beynəlxalq ictimaiyyət tərəfindən bu hadisəyə tam hüquqi-siyasi qiymət verilməsə də, ötən ilin sentyabr ayında baş tutan lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhərində də dövlət suverenliyi tam təmin olunub. Bildirilib ki, Azərbaycan işğal altında olan torpaqlarını azad etməklə bu torpaqlarda ədaləti bərqərar edib. Bütün bunlar bu illər ərzində gənclərin vətənpərvər və ümummilli məsələlərdə fəal olaraq yetişdirilməsinin bariz nümunəsidir. Faciədən illər ötsə də, Azərbaycan xalqının öz başına gətirilən bu hadisələri heç zaman unutmayacağını və gələcək nəsillərə ötürəcəyi tədbir müddəti ərzində qeyd olunub.

Tədbirin davamında “Cadenza” Müasir Orkestri, Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət xor kollektivi və istedadlı gənclərin təqdimatında müxtəlif musiqi əsərləri ifa olunub.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində “Xocalıda son gecə” tamaşası baş tutub. “İRƏLİ” Mədəniyyət Mərkəzinin üzvlərindən ibarət gənclərin təqdimatında nümayiş olunan tamaşa Xocalıda yaşamış və soyqırım zamanı düşmənin hücumuna məruz qalmış ailənin yaşantısından, ailənin qəhrəmanlığından bəhs edir.

Tədbirlər çərçivəsində Birliyin üzvləri Xocalı soyqırımı haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılması məqsədilə sosial şəbəkələrdə də fəal şəkildə təşkilatlanıblar. Ümumilikdə 500-dən çox gəncin iştirakı ilə keçirilmiş kampaniyada gənclər “X” sosial şəbəkə platforması üzərindən Xocalı həqiqətləri ilə bağlı xarici dillərdə infoqrafik tvitlər paylaşılıb.

Tədbirlər müddətində həmçinin paytaxt və regionlarda yerləşən gənclər və idman idarələri və sosial xidmət müəssisələri ilə tərəfdaşlıq çərçivəsində “İRƏLİ” İctimai Birliyinin lentə aldığı “Böyüməyən Uşaqlar” filminin nümayişi keçirilib. Filmdə Xocalıda hər iki valideynini itirmiş 25 uşaq və onların dəhşət dolu həyat hekayələri, habelə Xocalı faciəsinin canlı şahidi, soyqırımı zamanı bütün ailəsini itirmiş Mehdi Əliyevin təəssüratları fonunda bir daha həmin günün dəhşətləri yada salınır. Baş tutmuş nümayişlər ümumilikdə 1000-dən çox gənci əhatə edib. Eyni zamanda, kampaniya çərçivəsində Nizami Kino Mərkəzində “Müharibə Uşaqları” filminin də nümayişi baş tutub.

Qeyd edək ki, həyata keçirilmiş tədbirlər planının əsas məqsədi Xocalı Soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmaması istiqamətində töhfələr verməkdir.

3aeffa70-97c2-44de-a860-52143effe366.jpg

719a1ce3-1457-4a4a-b4f6-224e7e72e7fb.jpg

23974970-d667-4ecf-b95b-fbb036dd8e90.jpg

f0347372-d1d3-4a1f-bc23-ed0afc0da324.jpg

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
Hamısı