“Məktəblərdə təhsilin dayandırılması və ya onlayna keçirilməsi məqsədəuyğun deyil”.
Ednews xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Son dövrlərdə məktəblərdə qarşılaşdığımız ən neqativ hallar qızılca ilə bağlıdır:
“Müvafiq dövlət qurumları ilə birlikdə monitorinqlər aparırıq. Məktəblərdə təhsilin dayandırılması və ya onlayna keçirilməsi məqsədəuyğun deyil. Peyvəndlənmə mütləqdir. Yanaşmamız belədir ki, 7-10 il əvvəl uşaqlara peyvəndlənmə olmadığı üçün, bugünki reallıqla üz-üzəyik. Gözləntimiz ondan ibarətdir ki, valideynlər övladlarını vaksinləməlidirlər ki, gələcəkdə bu kimi situasiyalarla rastlaşmayaq. Emosional olmağın tərəfdarı deyiləm”.