Təqsirləndirilən şəxs: “Fazil Mustafanı buna görə öldürmək istədik”

Cəmiyyət 12:34 02.03.2024

Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Ednews APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən iclasda təqsirləndirlən şəxslər ifadə verib.

Təqsirləndirilən Səbuhi Şirinov ifadəsi zamanı Fazil Mustafanı dindarları təhqir etdiyi üçün bu işi gördüyünü deyib:

"Fazil Mustafa çıxışlarında şiələri "aşura günü ağlayanlar ulaşır", "Xətai və Füzulini cahil adlandırması" və "kişilər də ağlayar?" deməsi məni hiddətləndirdi. Peyğəmbər belə ağlayıb. Ağlamaq insana məxsus hissdir. Mən Azərlə bu məsələ barədə danışdım. Elşaddan xaiş etdim ki, məni əraziyə aparsın. İstədim bıçağı soxam böyrəyinə ki, dilini dinc saxla. Sonra avtomatla getdim əraziyə. 25-30 metrdən atəş açdım. Sonra Azərə zəng etdim. Maşınla harasa gedirdik Azər hara getdiyimizi demədi. Sədərək yolunda bizi saxladılar, apardılar şöbəyə. Əsgərlikdə xüsusi təyinatlı olmuşam.

Daha sonra dövlət ittihamçısı təqsirləndirilən S. Şirinova suallar ünvanlayıb. Dövlət ittihamçısı silahı kimdən aldığını və evin adresini kimdən öyrəndiyini soruşub.

"Evin yerini Elşad mənə demişdi. Silahı isə Azərdən almışdım. Nə vaxt aldığım yadımda deyil. Hadisıdən sonra da Azərə təhvil verdim. Daraq tam dolu idi. 3-4 dəfə evinin yanına getmişdim. Onun tək olmağın müşahidə edirdim. Hadisədən sonra soyuqqanlı şəkildə çıxıb getdim.
Daha sonra hakim təqsirləndirilən S. Şirinovun Azər Səricanovdan pul alıb-almadığını soruşub.
"Azər dedi sənə şirinlik verəcəm. Pulu alanda saymadım".

Səbuhi Şirinovdan sonra digər təqsirləndirilən Elşad Əsgərov ifadə verib. O ifadəsi zamanı bıçaq sümüyə dirəndiyi üçün etdiyini deyib:

"Ömür boyu davakar olmamışam. Həmişə sülh tərəfdarı olmuşam. Heç kimə fikirlərinə görə qarşı olmamışam. Bu insanın təhqiləri bir deyil, iki deyildi. Mən bilirdim ki, həmin şəxs deputatdır. Bizi təhrik etməsə etməzdik. 2010-cu ildən namaz qılıram. Bizə qara güruh deyirlər.

İttihamda İranda 8 dəfə olmağım qeyd edilib. Onda da səhər gedib axşam qayıtmışam. Ona qalsa Rusiyaya da 5 dəfə getmişəm. Ancaq Rusiyaya getməyimi soruşan olmadı. Bu işə görə mənə nə vəd verilmişdi, nə də pul verilmişdi".

Daha sonra hakim Elnur Nuriyev təqsirləndirilən E. Əsgərovun istintaqa verdiyi ifadəni elan edib.
"Səbuhi ilə məclislərin birində tanış oldum. Məclisdən çıxanda məndən xaiş etdi ki, onu evə aparım. Mənə Fazil Mustafanı vurmaq istədiyini dedi. Mən də dedim ki, onun evini tanıyıram. Evə gələndən sonra düşündüm ki, həqiqətən bunu etməkdə ciddidir ya yox. Bir dəfə Səbuhi mənə zəng etdi. Dedi ki, onlara gedim. Onlara gedəndə evdə heçkim yox idi. Evin qonaq otağında mənə silahı göstərdi. Bir neçə dəfə Səbuhini əraziyə aparmışam. Bir gün Səbuhi mənə zəng etdi ki, iftardan sonra Fazil Mustafanın evin yanına gedəcəyini dedi. İftardan sonra Səbuhi ilə əraziyə getdik. Mən onu düşürüb daha sonra başqa ərazidə gözləməyə getdim. Onu gözləyəcəyim yerdə maşının arxa oturacağında uzanıb gözləyirdim. Birdən Səbuhi maşına mindi. Dedi sür gedək. Yolda olanda dedi ki, Fazil Mustafanı vurdum. Mən həyəcanlandım. Səbuhi Fazil Mustafaya 9 dəfə atəş açdığını dedi. Qorxdum. Səbuhi dedi ki, zikr elə sakitləş. Hadisədən 3 gün sonra yenə Səbuhi məni onlara çağırdı. Onu təbrik etdim. Hər ikimiz hadisədən sevinirdik".

Daha sonra iş üzrə sonuncu təqsirləndirilən şəxs Emin Əliyarov ifadə verib. O hadisədən xəbərsiz olduğunu sadəcə Azər Səricanovun ona silah verdiyi üçün tutulduğunu deyib:

"Azəri 20 ildir tanıyıram. Hadisədən 2 gün sonra Azər bizə gəlmişdi. Mənə tilov çantası gətirmişdi. Əlimə alanda gördüm ağırdı. Gətirdiyi şeyin nə olduğunu demədi. O gedəndən sonra açdım baxdım ki, silahdı. Əgər idman çantasında gətirsəydi heç açıb baxmazdım. Polis də gələndə deyərdim heçnə yoxdur. Özümü qismən təqsirli bilirəm. İttihamda deyilir ki, qabaqcadan əlbir olmuşam. Mənim hadisədən ümumiyyətlə xəbərim olmayıb. Silahın da o işdə istifadə edildiyindən də xəbərim olmayıb".

Prokuror E. Əliyarova hadisədən necə xəbər tutduğunu soruşub.

"Azəri dediyim kimi 20 ildir tanıyıram. Silahı gətirəndə Azər dedi Fazilin işini biz eləmişik. İnanmadım. Dedim bu belə iş tutmaz. Fazilə qarşı mənim də etirazım vardı. Ancaq onu vurmaq və ya qorxutmaq barədə düşünməmişəm".

Növbəti məhkəmə iclası martın 15-nə təyin edilib.

Qeyd edək ki, faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı