Beyləqan rayonunda iki qadının bank kartlarından ümumilikdə 630 manat pul oğurlanıb.
Bu barədə Ednews-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Müqabil Əliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.