Ələt-Astara avtomobil yolunda ağır yol qəzası baş verib.
Ednews-un məlumatına görə, qəza yolun 123-cü km-də Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, daha biri isə xəsarət alıb.
Hazırda onların şəxsiyyəti və hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.