Avtomat stansiyalardan əldə edilən məlumatlara əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Ekologiya və Təvii Sərvətlər Nazirliyindən Ednews-a verilən xəbərə görə, ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, havada tozun miqdarı 1.5-1.7 dəfə normadan artıqdır.
"Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”, - o deyib.