Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılanların növbəti məhkəməsi keçirilib

Cəmiyyət 10:21 16.03.2024

Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Ednews  apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda şahidlər dindirilib.

İlk olaraq iş üzrə şahid Elməddin Əliyev ifadə verib.

"Evdə idim. Çöldə səsə çıxdım. Küçənin başına getdim. Geri qayıdanda qabağımdan kapşonlu bir nəfər getdi. Üzünü görmədim çünki kapşonu vardı. Sonradan çönüb arxaya baxanda belində boz çanta olduğunu gördüm".

Daha sonra şahidin istintaqa verdiyi ifadə elan edilib.

"Hadisə günü işdən çıxıb evə gəlmişdim. Evdə atamla söhbət etdim. Daha sonra işim olduğu üçün həyətə düşdüm. Həyətdə olanda atəş səsi eşitdim. Birinci atəşdən sonra 3-4 atəş səsi daha eşitdim. Polis olduğum üçün qaçaraq küçəyə çıxdım. Küçənin başına qədər getdim. Avtomobil yoluna qədər gedib dayandım. Daha sonra geri qayıdanda qarşımdan bir nəfər keçdi. Başında kapşon vardı. Əllərini cibinə qoymuşdu. Çox soyuqqanlı davranırdı. İri cüssəli bir nəfər idi. Yanımdan keçəndə yerə tüpürdü. Bu da mənim xoşuma gəlmədi. Çünki, küçədə yaşayan olsa məni tanıyıb salam verərdi. Çöndüm arxasınca baxanda belində boz çanta olduğunu gördüm. Mən heçnə bilmədim və evə geri döndüm. Daha sonra polis maşınlarının səsini eşitdim. Təzədən küçəyə çıxdım, çoxlu polis var idi. Bu zaman nə baş verdiyini öyrəndim".

Daha sonra təqsirləndirilən şəxs Səbuhi Şirinovun evində axtarış zamanı iştirak edən hal şahidləri ifadə verib. Onlar evdə aparılan axtarış zamanı dini kitabların və 15 min manat pul məbləğinin aşkar edildiyinə şahidlik ediblər.

Sonda iş üzrə şahid qismində İslam Zeynalov ifadə verib. O hal şahidi yox, səs şahidi olduğunu deyib:

"1994-cü ildən hərbçi olmuşam. Həyətdə olanda 6-7 güllə səsi eşitdim. Səsin 7.62 kalibrli silaha aid olduğunu anladım. Güllələr tək-tək atıldı. Neçə ildir hərbçi olduğum üçün səsin hansı kalibrli silaha aid olduğunu anladım".

Növbəti məhkəmə iclası martın 29-na təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?

Xəbər xətti

Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
"Netflix" astronavtların kosmosa çıxışlarını yayımlayacaq
05:46 01.07.2025
"NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək"
05:19 01.07.2025
Siqaret ömrü qısaldır
04:48 01.07.2025
Bu gündən qohum evliliyi qadağandır
04:15 01.07.2025
Xakerlər Ağ Evi hədələyir
03:31 01.07.2025
ABŞ Kuba ilə bağlı siyasətini sərtləşdirəcək
03:09 01.07.2025
Artıq çəkisi olan polislər idmana cəlb ediləcək
02:34 01.07.2025
Ticarət mərkəzindən 1 300 manatlıq qol saatı oğurlandı
02:01 01.07.2025
Yayda balıq yemək olmaz? -Ekspert danışdı
01:37 01.07.2025
"İnter" Barış Alperi almaq istəyir
01:03 01.07.2025
Özbəkistan Prezidenti Azərbaycana gəlir
00:34 01.07.2025
9 yaşlı ukraynalı qızla evlənməyə çalışan ingilis saxlanılıb
00:19 01.07.2025
500-dən çox quş növü məhv ola bilər
00:14 01.07.2025
Bu gündən sosial müavinətlər, Prezident və fəxri adlara görə təqaüdlər artırılır
00:02 01.07.2025
"Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm"
23:59 30.06.2025
Ürək sağlamlığı üçün Gündə bir ovuc qoz ye
23:40 30.06.2025
Fransa polisi mülki şəxsləri öldürür
23:25 30.06.2025
Rusiyanın növbəti hədəfi Odessadır
23:13 30.06.2025
Bu qidalar iltihabı azaldır
22:54 30.06.2025
"ABŞ İrana milyardlarla dollar köçürüb"
22:39 30.06.2025
PKK-nın silahlarını təhvil verəcəyi tarix məlum oldu
22:27 30.06.2025
Uitkoff İranla müzakirələri davam etdirir
22:12 30.06.2025
Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir?
21:15 30.06.2025
Gündə bir alma yemək bu xəstəliklərdən qoruyur
21:06 30.06.2025
İTV Kənan MM-in iddialarına cavab verdi
20:51 30.06.2025
Paşinyan kilsəni zərərsizləşdirə biləcək?
20:36 30.06.2025
Aralıq dənizində Rusiyadan bir milyon barel neft daşıyan gəmi partlayıb
20:19 30.06.2025
Vinçenzo Montellanın müqaviləsi uzadıldı
20:04 30.06.2025
Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı paylaşım edib
19:49 30.06.2025
"Android" smartfonlarında "casus antenalara" qarşı qoruma funksiyası olacaq
19:34 30.06.2025
Paşinyan "xarici agentlər" haqqında qanun təklif etdi
19:19 30.06.2025
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində nə gəzir?
19:04 30.06.2025
Hamısı