Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür - VİDEO

Cəmiyyət 13:00 04.04.2024

Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür. Həmin təqvim günü ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasının 60/97 saylı qətnaməsi ilə müəyyən edilib və hər il qeyd olunur. Təşkilat müharibənin partlayıcı qalıqlarının mülki əhalinin təhlükəsizliyinə, sağlamlığına və həyatına ciddi təhlükə yaratdığı, habelə milli və yerli səviyyədə sosial-iqtisadi inkişafa mane olduğu ölkələrdə milli minalarla mübarizə imkanlarının yaradılmasına və inkişaf etdirilməsinə bu gün vasitəsilə çağırış edir.

Yüksək texnologiyalar əsrində minalar daha dəqiq silahların kölgəsinə düşmüşdü. Bununla belə, son illərin təcrübəsi göstərir ki, minalar hələ də təhlükəli və faciə yarada bilən qüvvə olaraq qalır. Hətta ən son yüksək texnologiyanın tətbiqi bu sahənin də “inkişaf”ı üçün əlavə imkan yaradıb.

Mina silahları bu gün güclü hərbi potensiala malik olmayan ölkələr, o cümlədən üçüncü dünya ölkələri adlanan ölkələr və ya müasir yüksək dəqiqlikli silahlar almaq imkanı olmayan terrorçu icmalar arasında xüsusilə populyardır. Minaların populyarlığının əsas səbəbləri onların digər silah növləri ilə müqayisədə dizaynının sadəliyi və istismarının asanlığı, eləcə də ucuz qiymətidir. Onları quraşdırmaq asandır və əlavə texniki xidmət tələb etmədən və ya hər hansı bir əmrə ehtiyac olmadan bir çox aylar və hətta illər ərzində öz mövqelərində qala bilərlər. Müharibənin vəziyyəti (davam etməsi, dayanması) və ölkənin siyasi kursunun dəyişməsi onlara təsir etmir. Minalar basdırıldıqları yerlərdə öz qurbanlarını gözləyirlər. Odur ki, 4 aprel günü vasitəsilə dünya icmalarının diqqətini həmin problemə cəlb etmək nəzərdə tutulur.

Birləşmiş Millətlər Təşkilatının Minalardan Təmizləmə Xidməti (UNMAS) BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında minalar, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğuların yaratdığı təhlükələr barədə məlumatlılığı artırmaq üçün multimedia sərgisi təşkil edir. Hər il Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü çərçivəsində tədbirlər müəyyən deviz altında keçirilir. Builki mövzu “Həyatların mühafizəsi, sülhün qurulması”dır.

Vətən müharibəsindən sonra 350 günahsız insan mina qurbanı olub

Çox təəssüf ki, mina problemi Azərbaycandan da yan keçməyib. Belə ki, torpaqlarımızın 30 ilə yaxın işğalda saxlanılması zamanı vandallıq aktları törədilməsi ilə yanaşı, ərazilərimiz minalarla da çirkləndirilib. 2020-ci ildəki 44 günlük Vətən müharibəsindən sonra 350 günahsız insan mina qurbanı olub. Ermənistan silahlı qüvvələri torpaqlarımızı tərk edərkən əraziləri minalayıblar. Onların Azərbaycana təqdim etdiyi mina xəritələrinin bir qismində məlumatların dəqiqliyi cəmi 25 faiz təşkil edib, digər mina xəritələri isə ümumiyyətlə qeyri-dəqiq olub. Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində 30 il ərzində 1 milyondan çox mina basdırıb.

Vətən müharibəsində əldə edilən Zəfərdən sonra həmin ərazilərdə geniş quruculuq işlərinin sürətli həyata keçirilməsini və sakinlərin öz yurd-yuvalarına təhlükəsiz dönməsini təmin etməkdə aparıcı rol Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) məxsusdur.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 yanvar tarixli Fərmanı ilə 1998-ci ildə yaradılmış Agentliyin əsasında yeni statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradılıb. Agentlik fəaliyyətə başladığı dövrdən bir çox beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq tarixçəsinə malikdir. Agentlik öz işində beynəlxalq İMAS standartlarına əsaslanır və işin sonunda təmizlənən bütün ərazilərə beynəlxalq səviyyəli sertifikat təqdim edir. ANAMA tərəfindən minatəmizləmə əməliyyatları: əllə minaaxtarma, mexaniki minatəmizləmə maşınları və minaaxtaran itlərin vasitəsilə həyata keçirilir.

Azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə ANAMA ilə yanaşı, müxtəlif qurumlar da cəlb olunur. Bu işdə qadın minaaxtaranlar da yaxından iştirak edirlər.

Ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 299, tank əleyhinə 114 mina və 1 254 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Mart ayı ərzində 6094.6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Ötən il isə azad edilmiş ərazilərdə 8 min 529 mina zərərsizləşdirilib. Onlardan 3 min 495-i piyada əleyhinə, 5 min 34-ü tank əleyhinə minadır. Bundan əlavə, 23 min 49 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 2023-cü ildə 53081,8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.


Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Hamısı