Aprelin 4-də Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günündə Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev Ağdam Mexaniki Suvarma İdarəsini ziyarət edib.
Ednews xəbər verir ki, U.Mirzəyevi Ağdam Mexaniki Suvarma İdarəsinin müdiri Hafiz Əzimzadə qarşılayıb.
Fond rəhbəri ölkəmizdə mövcud olan mina problemlərindən bəhs edib:
“Təmas xətti boyunca biz birinci səviyyəli mina təmizlənməsi prosesi aparmışıq. Azərbaycanda həyata keçirilən mina təmizləmə proqramları həyata keçirdiyimiz mina təhlükələrinin aradan qaldırılması ilə bağlıdır. Mənim üçün çox xoşdur ki, mən Xındırıstandayam və hara baxırsan atəşfəşanlıqdır. Camaat kənd təsərrüfatı ilə məşğuldur. Hər yerdə iş gedir. İnsanlar öz obalarında rahatlıqla iş fəaliyyəti apara bilir.
Hafiz müəllimlə uzun zamandır ki, dostluq edirik. Amerikada birlikdə səfərdə olmuşuq. Birazdan bizim komanda da burda olacaq və mən istərdim ki, Hafiz müəllimin komandası ilə birlikdə mina maarifləndirmə təlimləri aparılsın. Yəni bu da bizim elimiz, obamız üçün bir qatqı olar. Bu gün elə bir zamandır ki, biz hər birimiz bu qayıdış üçün öz töhfəmizi verməliyik”.
Ednews həmin anların videosunu təqdim edir:
Fərid