Avropa Parlamentinin Macarlı nümayəndəsinin qaçqınlarla bağlı sosial şəbəkədə yazdığı status böyük qalmaqal yaradıb.
“Eurasia Diary” xarici mətbuata istinadən xəbər verir ki, tarixçi olan deputat Schöpflin György müsəlman qaçqınların sərhəddən keçməyini əngəlləmək üçün sərhəddəki tel hörgülərə donuz kəlləsinin asılmasını təklif edib.
"Twitter"də yayımlanan bu statusun Avropada tənqid edilməsinə baxmayaraq, deputat qaçqınlardan üzr istəməyib və şərhinin səhv başa düşüldüyünü deyib.
Macar deputatı sözügedən şərhi Macarıstan-Serbiya sərhədində qaçqınları qorxutmaq üçün müqəvvaların qoyulması xəbərinə fikrini bildirərkən yazdığını deyib.
Schöpflin "müqəvvalar heç bir işə yaramayacaq, donuz başları daha yaxşı nəticə verəcək” yazdığı və bu mənada açıqlama verdiyini dilə gətirdi.
Schöpflin onu tənqid edənlərə qarşı isə fikrini bucür əsaslandırıb: "Donuz məlum olduğu kimi, müsəlman dinində haramdır. Donuz başı orada olarkən müsəlmanlar sərhəddən keçə bilməzlər, bu bir faktdır, təhqir deyil, buna görə də səhv bir söz deməmişəm".
Qeyd edək ki, Schöpflinin açıqlamalarını tənqid edənlərdən biri də “Human Rights Watch” (HRW) təşkilatının nümayəndəsi Endryü Stroehlei olub. O, “İyrənc sözləri eşidəndə elə bildim ki, bunu deyən irqçi bir almandır. Lakin, bu cümlələri deyənin Avropa Parlamentinin üzvü olduğunu sonra öyrəndim”-deyə, qeyd edib.
"Donuz kəlləsindən qorxuluq olaraq istifadə" ideyası Avropada yeni deyil
Keçən il Hollandiyanın Enschedeb şəhərində "qaçqın düşərgəsi" kimi salınmış şəhərciklərin birinə naməlum şəxslər tərəfindən donuz başları asılıb.
Bu il Avstriyanın Graz şəhərində İslam Mədəniyyət Mərkəzinin qapısına donuz başı asılıb və divarlara donuz qanı sürtülüb. Hadisəni törədənlər isə, polis tərəfindən tutulub.
Bu ilin may ayında da Almaniyada Stralsundda Angela Merkelin seçki bürosunun qapısına donuz başı asılıb.