Qazaxla sərhəddə yerləşən Kirants kəndində erməni minaaxtaran minaya düşərək partlayıb.
Ednews xəbər verir ki, bu barədə kənd sakinlərindən biri "Sputnik Ermənistan" nəşrinə bildirib.
Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan faktı təsdiqləyib. Onun sözlərinə görə, erməninin həyatı üçün təhlükə yoxdur.