“Evlənənlərin sayının az olması sosial problemlərlə əlaqəlidir”.
Ednews xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa parlamentin mayın 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, sadalanan səbəblərə görə bu gün insanların evlənmə yaş həddi artır, yəni 30-35 yaşda evlənirlər.
F.Mustafa, eyni zamanda ötən il ölkədə abortların sayının artmasını ciddi təhlükə olduğuna diqqət çəkib.
Qeyd edək ki, rəsmi statistikaya əsasən, ötən il Azərbaycanda 73 816 abort qeydə alınıb.