Mustafa Abbasbəyli Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub.
Ednews xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin məlumatında bildirilib.
Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Mustafa Abbasbəyli bu vəzifəyə təyin edilib.
Qeyd edək ki, Mustafa Abbasbəyli bundan öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.