Azərbaycan ürək-damar xəstəliklərindən ölüm hallarına görə dünyada ikinci yerdədir. “World Statistics” resursunun hesabatında belə deyilir. Dərc olunan cədvəldən görünür ki, ölkəmiz hər 100 min nəfərə 388 ölüm faktı ilə yalnız Tacikistandan geri qalır.
Mövzu ilə bağlı deputat Fazil Mustafa Ednews-a açıqlamasında bildirdi ki, bu, birbaşa həm ekologiya ilə, həm də irsi problemlərlə bağlı məsələdir:
“Vaxtında müalicə olunmayan insanların övladları bu problemləri yaşayırlar. İndi bu günlərdə 30-33 yaşında dünyasını dəyişən tanınmış insanlar görəndə dəhşətə gəlirsən. Yəni, bu, təkcə irsi məsələ kimi də olsa, bir az ona başqa bucaqdan baxmaq lazımdır. Amma həm də ekoloji müəyyən problemlər yaşayırıq. Biz sağlamlığımıza təbiət vasitəsi ilə yanaşmırıq və bu da bizim üçün çox pis bir vəziyyətdir. Bunu biz nəzər almalıyıq və sağlamlığımıza diqqət yetirməliyik”.
Sünbül HÜSEYNOVA