Şuşada Beynəlxalq Liderlik və Diplomatiya Konfransı keçirilib

Cəmiyyət 18:25 05.06.2024

Şuşada Beynəlxalq Liderlik və Diplomatiya Konfransı keçirilib.

Ednews xəbər verir ki, “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024" Beynəlxalq Proqramı çərçivəsində təşkil olunan konfransı İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (ICYF) Avrasiya üzrə Regional Mərkəzinin direktoru Elçin Əsgərov açaraq liderlik və diplomatiya mövzusunun gənclər üçün kifayət qədər əhəmiyyətli olduğunu vurğulayıb.

Milli Məclisin deputatı Naqif Həmzəyev Şuşanın İƏT-in Gənclər Paytaxtı seçilməsinin əhəmiyyətinə də toxunub, şəhərin işğal dövründə dağıntılara, vandalizmə məruz qaldığını xatırladıb və gənclərdən bu həqiqətləri beynəlxalq arenada davamlı qaldırmağı xahiş edib.

Azərbaycan Gənclər Forumunun (AGF) icraçı direktoru Qədir Xəlilov işğal dövründə ermənilərin ölkənin mədəni irsinə vurduğu zərbələri yada salıb, bu cür məsələlərdə diplomatiyanın önəmindən danışıb. O, bu il Azərbaycanda keçirləcək tədbirlər və perspektivlər barədə məlumat verib, ölkənin inkişafında gənclərin rolunu vurğulayıb.

Daha sonra konfrans iştirakçıları beynəlxalq münasibətlərin formalaşmasında liderliyin rolu ilə bağlı düşündürücü panel müzakirələrdə iştirak ediblər.

Tədbir çərçivəsində iqlim diplomatiyasına həsr olunmuş geniş seminar keçirilib. Konfrans qlobal miqyasda diplomatik diskussiyanın formalaşmasında gənclərin iştirakının vacibliyini vurğulayan yekun nitqlə yekunlaşıb.

Qeyd edək ki, “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024" Beynəlxalq Proqramı çərçivəsində Şuşada təşkil olunan silsilə tədbirlərdə dövlət rəsmiləri, İƏT Gənclər Forumu, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nümayəndə heyətləri, müxtəlif qurumların, təşkilatların rəhbər nümayəndələri və 36 ölkədən 150-dən çox gənc iştirak edir. Silsilə tədbirlər 3-6 iyun 2024-cü il tarixlərini əhatə edir.
Xatırladaq ki, İƏT ”Gənclər Paytaxtı” beynəlxalq proqramı 2015-ci ilin mayında Küveytdə keçirilən İƏT Xarici İşlər Nazirlərinin Konfransında İƏT-ə üzv 56 ölkənin xarici işlər nazirlərinin səsverməsi ilə qəbul edilib və ilk İƏT ”Gənclər Paytaxtı” Türkiyənin İstanbul şəhəri olub. Şuşa İslam dünyasında bu missiyanı yerinə yetirən 10-cu şəhərdir. 2023-cü ilin oktyabr ayında İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında Qarabağın incisi Şuşa şəhəri 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı” elan olunub.

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

"Tesla"nın robot-taksi xidmətinin sınaq yürüşü uğursuz alınıb
09:49 27.06.2025
"SMS Blaster" fırıldağı sürətlə yayılır
09:32 27.06.2025
Kosmos tarixində daha bir ilk:
09:17 27.06.2025
Zombi göbələyinin ən qədim nümunəsi aşkarlandı
09:12 27.06.2025
Tonqa sahilində güclü zəlzələ baş verib
09:02 27.06.2025
Şimali Koreyada yeni kurort açılacaq
08:44 27.06.2025
Harvard işçilərinin bir hissəsi ixtisar ediləcək
08:05 27.06.2025
Toyuna görə Venesiyanın mərkəzini "bağlatdırdı"
07:35 27.06.2025
Birinci xanım qeyri-qanuni miqrant elan edildi
07:02 27.06.2025
"Şaman"ın diri-diri məzara basdırmaq istədiyi insanlar xilas edildilər
06:30 27.06.2025
Marsda insan üçün ən ideal yer tapıldı
06:05 27.06.2025
Yağın yanmasını sürətləndirən hormon kəşf olundu
05:32 27.06.2025
Doqquz nəfəri öldürüb doğramış yaponiyalı edam edilib
05:17 27.06.2025
ABŞ müdafiə büdcəsinin əsas hissəsi Çini cilovlamağa yönələcək
04:34 27.06.2025
Konqres Trampın Hərbi büdcə layihəsindən niyə narazıdır?
04:10 27.06.2025
Dünyanın ən dərin barı Londonda açılacaq
03:36 27.06.2025
"ABŞ Çinlə ticarət sazişi imzalayıb"
03:03 27.06.2025
Atakama Səhrasına qar yağıb
02:38 27.06.2025
İnsan beyninin əqli yorğunluğa necə reaksiya verdiyi bəlli olub
02:05 27.06.2025
İsveçrə buzlaqları əriyir
01:35 27.06.2025
Məşhur güləşçiyə vəzifə verildi
01:19 27.06.2025
Ronaldu "Ən-Nəsr"-də qalacaq
01:09 27.06.2025
"Xameneini öldürmək istəyirdik,amma tapmadıq"
00:54 27.06.2025
Bu şəxslərə yumurta yemək olmaz
00:39 27.06.2025
Mədəniyyət Nazirliyi partlayış barədə açıqlama verdi
00:31 27.06.2025
Kadırovun vəzifədən gedir
00:22 27.06.2025
"Azərbaycanfilm" kinostudiyasının ərazisindəki yanğın söndürülüb YENİLƏNİB-4
00:07 27.06.2025
"Partlayışda xəsarət alan yoxdur" -Rəsmi Açıqlama
00:03 27.06.2025
Gürcüstan parlamenti Təhlükəsizlik Şurasının ləğvi haqqında qanunu qəbul edib
23:43 26.06.2025
Moldovanın Aİ-yə qəbulu üçün danışıqlar başlayır
23:28 26.06.2025
Niderland və Belçika Ukraynaya mina axtaran gəmilər tədarük edib
23:14 26.06.2025
Paşinyanın müxalifətdən qurtulma planı -Analitik Şərh
22:57 26.06.2025
Bakı qlobal enerji dialoqu üçün platformadır
22:42 26.06.2025
"Liverpul" yeni transferini açıqladı
22:27 26.06.2025
ABŞ-Meksika sərhədi boyunca yeni hərbi bufer zonaları yaradılacaq
22:12 26.06.2025
Mərkəzi Afrikada transformator partlayışı faciəyə səbəb olub
21:57 26.06.2025
Avropaya milyonlarla PUA lazımdır
21:41 26.06.2025
İsrail komandoları Fordo nüvə obyektinə girdilər
21:26 26.06.2025
Mixail Boyarski xəstəxanaya yerləşdirildi
21:11 26.06.2025
Daha bir arxyepiskopa cinayət işi açıldı
20:56 26.06.2025
Hamısı