WEF: Azərbaycan startaplar və innovasiyalar üçün əlverişli mühitin yaradılmasında mühüm irəliləyiş əldə edib

Cəmiyyət 20:22 12.06.2024

Azərbaycan startaplar və innovasiyalar üçün əlverişli mühitin yaradılmasında mühüm irəliləyiş əldə edib.

Ednews xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun (WEF) “IDEA: Azərbaycanın rəqəmsal iqtisadiyyatına investisiya” hesabatında deyilir.

Hesabata görə, irəliləyiş biznesin inkişafına dəstək və innovasiyaların təşviqinə yönəlmiş çoxsaylı institutlar və proqramların yaradılmasında (məsələn, irimiqyaslı tədbirlər, texnoparklar və biznes inkubatorların inkişafı) öz əksini tapıb.

WEF qeyd edir ki, Azərbaycan Prezidentinin fərmanına uyğun olaraq, bu sahədə əlaqələndirməni və inkişafı təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən “İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsi hazırlanır.

Son illər Azərbaycanda rəqəmsal iqtisadiyyat sosial-iqtisadi inkişaf məqsədlərinin tərkib hissəsi kimi qəbul edilir. Sənəddə bildirilir ki, iqtisadiyyatın şaxələndirilməsi və hasilat sənayesindən asılılığın azaldılması üzrə milli baxışa uyğun olaraq, Azərbaycan rəqəmsal inkişafın təşviqində və qlobal rəqabət qabiliyyətinin artırılmasında birbaşa xarici investisiyaların rolunu həlledici hesab edir. Azərbaycan hökuməti 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası vasitəsilə xarici investisiyaların cəlb edilməsinə, islahatların həyata keçirilməsinə və özəl sektorun stimullaşdırılmasına xüsusi diqqət yetirir.

Hesabatda vurğulanır ki, Azərbaycana birbaşa xarici investisiyaların əsas hissəsinin neft-qaz sektoruna daxil olmasına baxmayaraq, ölkədə fəaliyyət göstərən xarici investorların fəaliyyətinə diqqətlə nəzər saldıqda yeni investisiya layihələrinin əksəriyyəti (2016-cı ilin yanvarından 2023-cü ilin aprelinədək) maliyyə/biznes xidmətləri, proqram təminatı, İT xidmətləri və sənaye avadanlıqlarının istehsalı kimi sektorlarda cəmləşib.

Azərbaycan hökuməti rəqəmsal iqtisadiyyata diqqət yetirməklə genişmiqyaslı islahatlar həyata keçirir. Hesabat müəllifləri həyata keçirilən tədbirlər sırasında Rəqəmsal İqtisadiyyat Strategiyası və 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının hazırlanmasını qeyd edirlər. 2022-ci ilin dekabr ayından etibarən bu strategiyanın hazırlanması üçün dayanıqlı və rəqabətədavamlı rəqəmsal iqtisadiyyatın yaradılması məqsədilə ölkədə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin (4SIM) nəzdində xüsusi işçi qrupu yaradılıb.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Sağlam girdiyim xəstəxanadan əlil çıxdım"
23:38 09.07.2025
Əbu-Dabi görüşü Cənubi Qafqaza nə vəd edir?
23:08 09.07.2025
"Nvidia"nın bazar dəyəri 4 trilyon dolları ötüb
22:43 09.07.2025
"X"in baş direktoru istefa verdi
22:13 09.07.2025
Ukrayna müharibəsi: NATO-nun sərhədləri harada bitir? -Analitik Baxış
21:56 09.07.2025
Mərkəzi Asiyanın ən güclü superkompüteri işə salındı
20:30 09.07.2025
ABŞ-yə giriş pullu olacaq
20:00 09.07.2025
“İki sahil” 34 yaşını qeyd edir
19:45 09.07.2025
Zelenski İtaliyaya getdi
19:30 09.07.2025
Borcların geri qaytarılması yoxsa... - Dilemma
19:15 09.07.2025
QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ Gecəsi” xeyriyyə konserti keçirilib
19:06 09.07.2025
Özbəkistandan gələn ekspedisiya heyəti BAMF-ın qonağı oldu
19:00 09.07.2025
"Sərmayə olmadan davamlı enerji təchizatı mümkün deyil”
18:51 09.07.2025
ADY “Çin Dəmir Yolları” ilə Anlaşma Memorandumu imzalayıb
18:36 09.07.2025
"Çelsi" klublararası dünya çempionatından nə qədər qazanacaq?
18:22 09.07.2025
Türkiyədə növbədənkənar prezident seçkisi keçirilməyəcək
18:07 09.07.2025
Tayvan tarixində ən böyük hərbi təlimlərə başlayıb
17:51 09.07.2025
Rubionun səsi ilə siyasətçiləri aldatdılar
17:36 09.07.2025
Fransada polis partiya qərargahına basqın edib
17:21 09.07.2025
Tramp Putin və Si Cinpini Moskva və Pekini bombalamaqla hədələyib?
17:06 09.07.2025
PKK-nın da tərksilah edilməsi türk dünyasına necə təsir edəcək?
16:51 09.07.2025
Osimhen transferi nə vaxt elan ediləcək? - "Qalatasaray" rəsmisi açıqlama verdi
16:35 09.07.2025
Əraqçı Səudiyyə şahzadəsini region üçün misilsiz təhlükə barədə xəbərdar etdi
16:20 09.07.2025
"Ukraynadakı münaqişənin həlli üçün diplomatik imkanlar tükənib"
16:05 09.07.2025
Şantajla məşğul olan gənclər yaxalandı
15:50 09.07.2025
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
15:35 09.07.2025
Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
"Moskva Bakı ilə hüquq-mühafizə orqanları xətti ilə əlaqə saxlayır"
14:55 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Rəsmi Bakı İranın Ermənistandakı səfirinə cavab verdi
13:24 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
Hamısı