Tovuzda yol qəzası baş verib.
Ednews apa.az-a istinadən xəbər verir ki, hadisə Yuxarı Öysüzlü kəndidə qeydə alınıb. Daşla dolu “Shacman” markalı yük maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 1989-cü il təvəllüldü sürücü Elbrus Nurməmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.