Lənkəran rayonunda müəllim vəfat edib.
Ednews xəbər verir ki, bu barədə rayonun Aşağı Nüvədi qəsəbə tam orta məktəbi feysbuk hesabında məlumat yayıb.
Bildirilib ki, məktəbin fransız dili müəllimi Nəsirova Sədaqət Nəsir qızı keçirdiyi əməliyyatdan sonra dünyasını dəyişib.
Qeyd edək ki, Sədaqət Nəsirova müəllimlərin sertifikasiya imtahanında mümkün 60 baldan 54 bal toplayıb.