Şuşa Qlobal Media Forumu çərçivəsində panel müzakirələri keçirilib - FOTOLAR

Cəmiyyət 12:50 21.07.2024

İyulun 21-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun ikinci günü panel müzakirələri ilə davam edir.

Ednews xəbər verir ki, forumun ikinci günündə “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək” mövzusunda panel müzakirələri keçirilib.

Müzakirələrdə “TRT World”-ün aparıcısı və müxbiri Caffar Hasnain, TASS İnformasiya Agentliyinin Baş direktorun birinci müavini, Professor Mixail Qusman, Əl-Cəzirə Media İnstitutunun Media Təşəbbüsləri Meneceri Montaser Marai, CeSPI-nin (Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzi) Türkiyə üzrə Müşahidə Mərkəzinin akademik və elmi direktori Valeria Giannotta, Təsisçisi, MTP-nin (Ən çox səyahət edənlər) klubu təsisçisi Charles Veley iştirak edib.

Müzakirələr zamanı M.Qusman bildirib ki, informasiya müharibəsi bəzən başa çatmır. O qeyd edib ki, peşəkarlar informasiyanı fərqləndirlməlidir. “Bəzən dezinformasiyanı kommersiya məqsədilə istifadə edirlər, bəzən bilməyərəkdən və s. Dezinformasiya məqsədli şəkildə yalan məlumatların istifadəsidir. Bəzən dezinformasiya hansısa qruplar tərəfindən hansısa ölkəyə qarşı xüsusi məqsədlərlə istifadə edilir. Dezinformasiya xüsusi informasiya silahının bir növüdür və ələxsus da informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə kifayət qədər güclü silahdır. İnsanlar daha çox çalışır ki, informasiyaları qısa formada telefondan alsınlar. Cəmiyyət düşdüyü bu kütləvi dalğalara hazır deyil. Bir çox insanlar doğruluğunu yoxlamadan informasiya yayırlar. Blogerləri jurnalist hesab etmirəm. Jurnalisika bir peşədir və sən ona görə məsuliyyət daşıyırsan. İnformasiyaya peşəkar yanaşmaq lazımdır”, - deyə o əlavə edib.

M.Marai qeyd edib ki, bu gün siravi insanlar arasında çoxlu dezinformasiyalar var. “Sosial media bir növ dezinformasiyaların yayıldığı bir məkana çevrilir. İnformasiyanın mənbəyini yoxlamaq lazımdır. Gün ərzində sosial şəbəkələrə o qədər videolar yüklənir ki, insanın ağlını alır. Təsəvvür edin biz köpüklərin içərisindəyik, biz alqoritmlərin və çoxlu informasiyanın içərisindəyik və sosial media, rəqəmsal media getdikcə bizi daha çox köpük içərisinə salır. Biz qərar verməliyik ki, biz bu köpüklərin içərisində qalırıq ya yox”, - deyə o əlavə edib.

Digər çıxışçılar da dezinformasiyanın mənfi təsirlərindən və ona qarşı mübarizənin vacibliyindən danışıblar.

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

"Tesla"nın robot-taksi xidmətinin sınaq yürüşü uğursuz alınıb
09:49 27.06.2025
"SMS Blaster" fırıldağı sürətlə yayılır
09:32 27.06.2025
Kosmos tarixində daha bir ilk:
09:17 27.06.2025
Zombi göbələyinin ən qədim nümunəsi aşkarlandı
09:12 27.06.2025
Tonqa sahilində güclü zəlzələ baş verib
09:02 27.06.2025
Şimali Koreyada yeni kurort açılacaq
08:44 27.06.2025
Harvard işçilərinin bir hissəsi ixtisar ediləcək
08:05 27.06.2025
Toyuna görə Venesiyanın mərkəzini "bağlatdırdı"
07:35 27.06.2025
Birinci xanım qeyri-qanuni miqrant elan edildi
07:02 27.06.2025
"Şaman"ın diri-diri məzara basdırmaq istədiyi insanlar xilas edildilər
06:30 27.06.2025
Marsda insan üçün ən ideal yer tapıldı
06:05 27.06.2025
Yağın yanmasını sürətləndirən hormon kəşf olundu
05:32 27.06.2025
Doqquz nəfəri öldürüb doğramış yaponiyalı edam edilib
05:17 27.06.2025
ABŞ müdafiə büdcəsinin əsas hissəsi Çini cilovlamağa yönələcək
04:34 27.06.2025
Konqres Trampın Hərbi büdcə layihəsindən niyə narazıdır?
04:10 27.06.2025
Dünyanın ən dərin barı Londonda açılacaq
03:36 27.06.2025
"ABŞ Çinlə ticarət sazişi imzalayıb"
03:03 27.06.2025
Atakama Səhrasına qar yağıb
02:38 27.06.2025
İnsan beyninin əqli yorğunluğa necə reaksiya verdiyi bəlli olub
02:05 27.06.2025
İsveçrə buzlaqları əriyir
01:35 27.06.2025
Məşhur güləşçiyə vəzifə verildi
01:19 27.06.2025
Ronaldu "Ən-Nəsr"-də qalacaq
01:09 27.06.2025
"Xameneini öldürmək istəyirdik,amma tapmadıq"
00:54 27.06.2025
Bu şəxslərə yumurta yemək olmaz
00:39 27.06.2025
Mədəniyyət Nazirliyi partlayış barədə açıqlama verdi
00:31 27.06.2025
Kadırovun vəzifədən gedir
00:22 27.06.2025
"Azərbaycanfilm" kinostudiyasının ərazisindəki yanğın söndürülüb YENİLƏNİB-4
00:07 27.06.2025
"Partlayışda xəsarət alan yoxdur" -Rəsmi Açıqlama
00:03 27.06.2025
Gürcüstan parlamenti Təhlükəsizlik Şurasının ləğvi haqqında qanunu qəbul edib
23:43 26.06.2025
Moldovanın Aİ-yə qəbulu üçün danışıqlar başlayır
23:28 26.06.2025
Niderland və Belçika Ukraynaya mina axtaran gəmilər tədarük edib
23:14 26.06.2025
Paşinyanın müxalifətdən qurtulma planı -Analitik Şərh
22:57 26.06.2025
Bakı qlobal enerji dialoqu üçün platformadır
22:42 26.06.2025
"Liverpul" yeni transferini açıqladı
22:27 26.06.2025
ABŞ-Meksika sərhədi boyunca yeni hərbi bufer zonaları yaradılacaq
22:12 26.06.2025
Mərkəzi Afrikada transformator partlayışı faciəyə səbəb olub
21:57 26.06.2025
Avropaya milyonlarla PUA lazımdır
21:41 26.06.2025
İsrail komandoları Fordo nüvə obyektinə girdilər
21:26 26.06.2025
Mixail Boyarski xəstəxanaya yerləşdirildi
21:11 26.06.2025
Daha bir arxyepiskopa cinayət işi açıldı
20:56 26.06.2025
Hamısı