Tanınmış şair Elman Tovuz dünyasını dəyişib.
Ednews xəbər verir ki, bu barədə yazıçı Ehtiram İlham sosial şəbəkə hesabında məlumat verib.
O, uzun müddətir ki, ağır xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, Elman Tovuz (Elman Şəmşəd oğlu Həsənov) 10 aprel 1961-ci ildə Tovuz rayonunun Şıxheybət (ərazi vahidi - Çataq) kəndində doğulub. Şair "Hara gedir bu yol belə?..", "Dünya, məni mənə qaytar", "Dəlir ürəyimi demədiklərim" adlı üç kitabın müəllifidir.