Azərbaycanı qorxunc quraqlıqlar gözləyir... -Mübarizə üçün nə etməli?

Cəmiyyət 12:00 01.08.2024

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin nümayəndəsi Murad Camalov mətbuata açıqlamasında bildirib ki, Azərbaycan 2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə qlobal miqyasda 18-ci yerdədir. “İqlim modellərinə əsasən, 2020-2040-cı illərdə temperaturun 0,5-2,5 dərəcə yüksələcəyi və yağıntıların 10-20 % azalacağı proqnozlaşdırılır", - deyə o qeyd edib. Belə çıxır ki, cəmi 15 il sonra bu risk dəfələrlə artacaq.  

Azərbaycanın qarşısında duran quraqlıq problemi ilə necə mübarizə aparmaq olar?

Mövzu ilə bağlı Ednews-a danışan ekoloq Rövşən Abbasov bildirib ki, Azərbaycanda su stresinin kəskin artımı gözlənilir:

“2040-cı illər üçün quraqlıq indeksini dəqiq müəyyən etmək mümkün deyil. Buna görə xüsusi proqnoz modellərindən istifadə olunur. Atmosferdə karbon qazının konsentrasiyasının 2040-cı il üçün müəyyən olunması üçün çox fərqli ssenarilərdən istifadə edilir. Bu ssenarilər əsasında nəticələr çıxarılır. Belə bir ssenari var ki, biz heç nə etməsək və atmosferdə karbon qazının artması davam edərsə, o zaman bizi böyük çətinliklər gözləyir. Beləcə, Azərbaycanda quraqlıq riski artacaq. 

Azərbaycanda su stresinin kəskin artması gözlənilir. Azərbaycan dünyada bu göstəriciyə görə 18-ci yerdədir. Su stresi indeksinin maraqlı bir xüsusiyyəti də var ki, o bir kəsr göstəricisidir. Onun sürətində çay, göl və digər su mənbələrindən götürülən suyun miqdarı olur. Bu o deməkdir ki, bu su mənbələrimizdən götürülən suyu azaltmalıyıq ki, su stresinin səviyyəsi aşağı düşsün.”

16914929555302929572_1200x630.jpg

Ekoloq bildirib ki, su stresinin aşağı salınması üçün bir çox yollar var:

“Bunu etməyin isə, bir çox yolları var. Ən əsas yol kənd təsərrüfatımızın suvarmadan olan asılılığını azaltmaqdır. Misal olaraq, ənənəvi xurma istehsalı Azərbaycanda Balakən və Zaqatala rayonunda formalaşıb. Bu ağacların böyüməsi üçün su lazım deyil. Amma, həmin regionda xurma istehsalı çox zəifləyib. Əvəzində isə, Göyçayda xurma istehsalı artım göstərib.

Lakin, Göyçayda xurmanın əkilməsi üçün xeyli miqdarda su tələb olunur. 
Göyçayda su mənbələrinin çox olması da, onlardan geniş şəkildə istifadə etməliyik demək deyil. Bunu etsək digər regionlarımızda su stresi artacaq. Bu tip həll yolları tapılmalı və daha çox suyu necə götürmək haqqında yox, suyu necə götürməmək haqqında düşünməliyik. Əlbəttə ki, su itkilərinin də aşkar edilərək aradan qaldırılması və torpaq su kanallarının beton kanallarla əvəz edilməsi də bura daxildir.”

Fərid

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Günəşdə Rekord Aktivlik: Bir Həftədə Altıncı dəfə...
12:00 06.07.2025
Əsvanda Ptolemey dövrünə aid qəbirlər aşkarlanıb
11:29 06.07.2025
Rusiya Xarkova PUA hücumu həyata keçirib
11:11 06.07.2025
"Almaniya müdafiə olunmalıdır”
10:51 06.07.2025
Almaniya Ukraynaya Patriot sistemi almaq istəyir
10:16 06.07.2025
İsrailin Qəzzaya endirdiyi son hava hücumlarında 78 nəfər ölüb
09:52 06.07.2025
Xamenei ortaya çıxdı
09:29 06.07.2025
Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılır
08:52 06.07.2025
Şirkət maşını dərəyə aşıb
08:19 06.07.2025
Aşura günü 2 mindən çox şəxs qan verib
07:47 06.07.2025
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan keçiriləcək
07:13 06.07.2025
Mark Zukerberq Ağ Evdən qovulub
06:38 06.07.2025
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
06:05 06.07.2025
İsrail HƏMAS-ın şərtlərini qəbuledilməz sayır
05:33 06.07.2025
"Tramp ABŞ-nin təhlükəsizliyini təhdid edir"
05:00 06.07.2025
Çin Putini müharibəni dayandırmağa razı sala bilərmi?
04:27 06.07.2025
Livan İsraillə sərhəddəki qoşunlarını artırır
03:54 06.07.2025
İsrailin Müdafiə Ordusu Yəməndən atılan raketi zərərsizləşdirib
03:22 06.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 50-yə çatıb
02:50 06.07.2025
İlon Mask siyasi partiya yaradır
02:18 06.07.2025
Makron hökuməti defoltla üzləşə bilər
01:46 06.07.2025
Qızıl bahalaşır?
01:13 06.07.2025
İndoneziyada zəlzələ baş verib
00:43 06.07.2025
Kürdəmirdə qatar 44 yaşlı kişini vurub
00:12 06.07.2025
Rusiya Gümrüdəki Hərbi Bazasını Gücləndirir
00:08 06.07.2025
Alimlər süni insan hüceyrələri yaradırlar
23:48 05.07.2025
BMT baş katibi Rusiyanın Ukraynaya zərbələrini pisləyib
23:12 05.07.2025
İranın sənaye sektoru İsraillə münaqişədə ciddi zərər çəkib
22:38 05.07.2025
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
22:08 05.07.2025
Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Hamısı