“Şlyapa Zahid”in məhkəməsində Nəcməddin Sadıkov İTTİHAM EDİLDİ – “Səbəbkar odur”

Cəmiyyət 09:25 02.08.2024

Müdafiə Nazirliyinin (MN) Daxili Təhlükəsizlik, həmçinin, Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, külli miqdarda mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin ("Şlyapa Zahid") cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Ednews  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Zahid Niftəliyevin vəkili Əli Adıgözəlov bir neçə vəsatət qaldırıb.

O bildirib ki, Zahid Niftəliyevin həbsdə olmasının səbəbkarlarından biri “ATABank”ın İdarə Heyətinin sədri Dəyanət Quliyevdir:

“Məhkəmədən xahiş edirəm ki, Dəyanət Quliyevin dindirilməsi təmin edilsin. Eyni zamanda bu işin səbəbkarlarından biri də sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovdur. Həmin şəxslə mərhum vergilər naziri Fazil Məmmədov arasında kreditin verilməsi ilə bağlı razılıq olub. Biz bununla bağlı istintaq materialları təqdim etsək də, Nəcməddin Sadıkov dindirilməyib. Xahiş edirəm ki, həmin şəxs də məhkəməyə çağırılaraq dindirilsin."

Vəkil, həmçinin, bildirib ki, “ATABank”ın xəzinədarı Barat Heydərov istintaqa Z. Niftəliyevə kassadan 24 milyon manat çıxarıb verdiyini deyib. Müdafiəçi həmin şəxsin də məhkəmədə dindirilməsini xahiş edib. Daha sonra vəkil bildirib ki, müvəkkili istintaq materialları ilə tanış olmaq istəyir. Dövlət ittihamçısı isə bildirib ki, istintaq orqanı tərəfindən təqdim olunan materiallar əsaslıdır. O, verilən vəsatətləri əsassız sayıb. Qısa müşavirədən sonra hakim heyəti qərarı elan edib.

Bildirilib ki, hazırkı mərhələdə vəsatətlər baxılmamış saxlanılır, onlara növbəti mərhələdə baxıla bilər. Prosesdə “ATABank”ın mümayəndəsi Z. Niftəliyevə qarşı 24 milyon 234 min manatlıq mülki iddia qaldırıb. Məhkəmə iddianı icraata qəbul edib. Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Z. Niftəliyev isə özünü təqsirli bilməyərək ittihamı qəbul etmədiyini deyib. O, həmçinin, cinayət işinin materialları ilə tanış olmaq istədiyini bildirib. Proses sentyabrın 25-də davam etdiriləcək.
 

Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib.

Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa Z. Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “ATABank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Günəşdə Rekord Aktivlik: Bir Həftədə Altıncı dəfə...
12:00 06.07.2025
Əsvanda Ptolemey dövrünə aid qəbirlər aşkarlanıb
11:29 06.07.2025
Rusiya Xarkova PUA hücumu həyata keçirib
11:11 06.07.2025
"Almaniya müdafiə olunmalıdır”
10:51 06.07.2025
Almaniya Ukraynaya Patriot sistemi almaq istəyir
10:16 06.07.2025
İsrailin Qəzzaya endirdiyi son hava hücumlarında 78 nəfər ölüb
09:52 06.07.2025
Xamenei ortaya çıxdı
09:29 06.07.2025
Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılır
08:52 06.07.2025
Şirkət maşını dərəyə aşıb
08:19 06.07.2025
Aşura günü 2 mindən çox şəxs qan verib
07:47 06.07.2025
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan keçiriləcək
07:13 06.07.2025
Mark Zukerberq Ağ Evdən qovulub
06:38 06.07.2025
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
06:05 06.07.2025
İsrail HƏMAS-ın şərtlərini qəbuledilməz sayır
05:33 06.07.2025
"Tramp ABŞ-nin təhlükəsizliyini təhdid edir"
05:00 06.07.2025
Çin Putini müharibəni dayandırmağa razı sala bilərmi?
04:27 06.07.2025
Livan İsraillə sərhəddəki qoşunlarını artırır
03:54 06.07.2025
İsrailin Müdafiə Ordusu Yəməndən atılan raketi zərərsizləşdirib
03:22 06.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 50-yə çatıb
02:50 06.07.2025
İlon Mask siyasi partiya yaradır
02:18 06.07.2025
Makron hökuməti defoltla üzləşə bilər
01:46 06.07.2025
Qızıl bahalaşır?
01:13 06.07.2025
İndoneziyada zəlzələ baş verib
00:43 06.07.2025
Kürdəmirdə qatar 44 yaşlı kişini vurub
00:12 06.07.2025
Rusiya Gümrüdəki Hərbi Bazasını Gücləndirir
00:08 06.07.2025
Alimlər süni insan hüceyrələri yaradırlar
23:48 05.07.2025
BMT baş katibi Rusiyanın Ukraynaya zərbələrini pisləyib
23:12 05.07.2025
İranın sənaye sektoru İsraillə münaqişədə ciddi zərər çəkib
22:38 05.07.2025
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
22:08 05.07.2025
Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Hamısı