Azərbaycan Cümhuriyyətinin görkəmli şəxsiyyətlərindən Abbas bəy Vəkilov

Cəmiyyət 19:50 15.08.2024

Azərbaycan Xalq Cümhiriyyətinin qurulması tariximizin ən ziddiyətli və gərgin dönəmlərinə təsadüf edir. Cümhuriyyətin işğalından sonra isə bir müddət Sovetlər İttifaqı xalqlar arasında özünə inam yaratmaq üçün öz əsl simasını gizlədirdi. Lakin Sovetlər Birliyi özünün möhkəmləndirdikdən sonra artıq 37-ci illərdə vaxtıilə AXC-də təmsil olunmuş şəxslərin ağır repressiyası başaldı.

Cümhuriyyət dönəmində ingilislərin diqqət mərkəzində olan Şərur-Dərləyəz qəzasında fəaliyyət göstərən yerli müsavatçıların liderlərindən olan Abbas bəy Vəkilovun da taleyi digərlərindən fərqlənmədi.

Abbas bəy Vəkilov kimdir?

Abbas bəy Baxşəli bəy oğlu Vəkilov 2 yanvar 1873-cü il tarixində Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olub. Onun mənsub olduğu Vəkilovlar nəsli Dərbənd-Qazax (Tiflis)-İrəvan-Şərur-Dərləyəz ərazilərində məskunlaşmış əsilzadə solyardandır.

Professor Fərrux Rustəmovun araşdırmalarına görə Abbas bəy Vəkilov 1884-1887-ci illərdə İrəvan kişi gimnaziyasında  Hüseyin Ələkbərov, Məmməd Əlibəyov, Əli Ağabababəyov, Həsən Ağayev, Məmməd Bağırbəyov, İsmayıl bəy Vəkilov, Teymur bəy Vəkilov, İrza Hacıbəyli (hərbi xadimi, polkovnik. İrəvan şəhər zadəganlarının nəslinə mənsubdur)  Abbasəli Hacırzayev və Qadir Hacıbəylinski ilə birlikdə   III sinifini bitirib. Onu da qeyd edək ki, Abbas bəy Vəkilovun təhsil aldığı bu illər Azərbaycanın xalqının milli iftixarı Firudin bəy Köçərlinin  dərs deyi illəri əhatə edir.   

Abbas bəy Vəkilov ali təhsilini Kiyev Dövlət Universitetinin hüquq fakultəsində tamamladıqdan sonra öz doğma kəndlərinə Şərur-Dərələyz qəzasının Çivə kəndinə qayıdıb. Musavatın yerli özəyini yaradıb və ona  rəhbərlik edib. Qafqaz İslam Ordusu gələnə kimi Xalq Qəhrəmanı Balo bəy Vəkilovun rəhbərlik etdiyi Çivə taborunda ermənilərə qarşı vuruşub. Qafqaz İslam Ordusu Azərbaycana daxil olduqdan sonra isə ordunun tərkibində zabit kimi xidmət edib. Qərbi Azərbaycan və Naxçıvan əhalisi ilə birlikdə Çivə kəndinin bütün əhalisi ilə birlikdə Cənubi Azərbaycan ərazisinə keçib sonra isə kənd əhalisi ilə birlikdə  geri qayıdıblar.

Azərbaycan Cümhuriyyəti rus imperalizmi tərəfindən işğal edildikdən sonra Abbas bəy Vəkilov ağır  məhrumiyyətlərlə qarşılaşıb. Vəkilovlar  nəslinin bütün üzvləri kimi onlarında şəxsi mülkləri alınaraq yerli bolşeviklərin vasitəsi ilə kolxozun mülkiyyətinə verilib. 

Abbas bəy Vəkilov Dərləyəz mahalının Ardaraz kəndindən olan Qəndab İsmayıl qızı ilə ailə qurub. Bu nigahdan onların Bülbül, Ziba, Rüşdü, Sabir, Ziyadxan adında övladları olub Bülbül xanım kiçik yaşalrında vəfat etdiyi üçün sonradan onun xatirəsini yaşatmaq üçün sonra doğulan qızına Bülbül adını veriblər. Ziyadxan bəy Vəkilov gənc yaşlarında dünyasını dəyişib.  

Bülbül xanım Vəkilova hazırda Şərur rayonu Dizə kəndində yaşayır.  Qeyd  etmək yerinə düşər ki, farnsız əsilli rus səyyahı İ.İvanoviç Şopenin hazırladığı Kameral siyahıya əsasən  Dizə kəndi Abbas bəy Vəkilovun babası Həsənalı Sultan Vəkilovun  şəxsi mülkləri siyahısna daxil olmuşdur.  1931-ci ildə Şərur-Dərləyəz qəzasının Çivə kəndində görkəmli dövlət xadimi Abbas bəy Vəkilovun ailəsində doğulan Bülbül xanım Vəkilova 1949-cu ildə Dizə kəndinin saylı-seçilən kişilərindən olan İmanov Müzəffər Həmid oğlu ilə ailə qurub. Müzəffər İmanov bir müddət Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

Abbas bəy Vəkilovun represiya olunması ilə bağlı tarixi həqiqətlərə Bülbül xanım Vəkilova işıq salır. B.Vəkilova: “Atam Qarakilsədə müəllim işləyirdi. 1937-ci ildə onu bir neçə milis nəfəri gəlib evdə həbs etdilər. Sonra isə Dərləyəzin Çivə kəndindəki evimizdə axtarış apardılar. Atamı İrəvan türməsində saxlayırdılar. Anamla qardaşım Ziyadxan üç dəfə İrəvanda türmədə atamla görüşdülər. Əlbəttdə biz atamın qayıdacağına inanırdıq. Ancaq dördüncü  dəfə atamın dalınca gedəndə anama məlumat vermişdilər ki, onu müharibəyə göndəriblər. Lakin sonra biz heç bir məlumat ala bilmədik”.

Onu da qeyd edək ki, Abbas bəy Vəkilovla bərabər Çivə müsavatçılarının əksəriyyəti repressiya olunudu. 

Şübhəsiz ki, ömrünü Azərbaycan xalqının istiqlalına həsr etmiş Abbas bəy Vəkilovun nisgilli həyat hekayəsinin kiçik bir parçasını əhatə edən bu yazı gələcək tədqiqatlar üçün  ilkin mənbə rolu oynamaqla yeni araşdırmalara yol açacaqdır. Bu yazı Abbas bəy Vəkilovun parlaq ruhuna kiçik bir töhədir.         

 

Tədqiqatçı-hüquqşünas,  Səməd Vəkilov

ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar

Mərkəzinin rəhbəri,  tarix üzrə f.d. Leyla Calalova

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
Hamısı