Suriyanın Hələb şəhərinin yaşayış məntəqələri yaraqlıların intensiv atəşinə məruz qalıb.
Nəticədə 15 dinc sakin ölüb, 150-dən çox adam yaralanıb.
Hərbçilərin məlumatına görə, təkcə ötən sutka ərzində şəhərə 100-dən çox bomba atılıb.
Yaraqlılar partlayıcı qurğu yerləşdirilmiş qaz balonları, əldəqayırma mina və idarəolunmaz raketlərdən istifadə edib. Onlar əsasən məktəb, xəstəxana və ictimai obyektləri hədəfə alır.