Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Katibinin Sözçüsü Stefan Dujarrik keçirdiyi mətbuat konfransında BMT-nin Hələbin şərqində son günlərdə artan və çox sayda vətəndaşın həyatını itirməsinə səbəb olan hava bombardmanı və şiddətlənən qarşıdurmalara görə son dərəcə narahat olduğunu deyib.
"Eurasia Diary" Anadoluya istinadən xəbər verir ki, regionda minlərlə insanın mühasirəd qalaraq çox pis vəziyyətdə yaşadığını vurğulayan Dujarrik qeyd edib ki, Hələbin şərqində 275 min nəfər dəhşətli şərtlər altında yaşayır. "İyul ayının əvvəlindən bəri buraya heç bir yardım gəlməyib. Dünya Ərzaq Təşkilatının göndərdiyi son yardımlar 13 Noyabrda tükənib. Digər təşkilatların yardımları da bitmək üzrədir. Bu vəziyyət Hələbin şərq hissəsini ac-yalavac şəhər halına gətirib. BMT transmilli də daxil olmaqla hər cür modeldə Hələbə yardım çatdırmağa hazırdır. BMT bütün tərəflərə vətəndaş ayrı-seçkiliyi güdməyən bombalamalara son vermələri, vətəndaşlar və mülki tikililəri qorumağa çağırır. Hüquqi yardımın çatdırılması üçün tərəflərin kömək etməsini istəyirik."
Qarşıdurmalar yardımın çatdırılmasına mane olur. Həm hökumət, həm də silahlı qrupların nəzarətindəki bölgələrə təcili yardım çatdırılmalıdır.