AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarının rəsmi media tərəfdaşı olub

Cəmiyyət 21:21 15.12.2016
Dekabrın 15-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİSGOC) arasında rəsmi media tərəfdaşlığı haqqında müqavilə imzalanıb.
 
Müqaviləni AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov və AİSGOC-un korporativ direktoru Elçin Səfərov imzalayıblar.
 
Əməkdaşlıq müqaviləsinə əsasən, AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarının loqosunu və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Rəsmi Xəbər Agentliyi” nişanını öz xəbərlərində, foto və videomateriallarında istifadə etmək və yayımlamaq hüququ əldə edir. AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə işıqlandırmaq və təbliğ etmək üçün təcrübəli idman jurnalistlərini, həmçinin fotomüxbir və operatorlarını cəlb edəcək. Agentliyin Oyunlarla bağlı informasiyaları oxuculara 7 dildə, videoxəbərləri isə Azərbaycan və ingilis dillərində təqdim olunacaq. Oyunlarla bağlı bütün xəbərlər AZƏRTAC-ın saytında “Bakı-2017” bölməsində yerləşdiriləcək. Eyni zamanda, AZƏRTAC yarışlarda iştirak edən yerli və xarici idmançılar haqqında materiallar, yarışlardan reportajlar hazırlayacaq.
 
İmzalanma mərasimindən sonra AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov və AİSGOC-un korporativ direktoru Elçin Səfərov mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.
 
Baş direktor Aslan Aslanov müqavilənin imzalanmasının agentliyin həyatında daha bir əlamətdar hadisə olduğunu bildirərək deyib: “AZƏRTAC ilə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi arasında imzalanan müqavilə yüksək qiymətə layiqdir. Biz bu tərəfdaşlıq müqaviləsinin imzalanmasından böyük məmnunluq duyur və buna görə Əməliyyat Komitəsinin rəhbərliyinə, agentliyimizlə yaxından əməkdaşlıq edən Gənclər və İdman Nazirliyinə, xüsusən nazir Azad Rəhimova dərin minnətdarlığımı bildirirəm”.
 
Son illər Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi etdiyini vurğulayan Aslan Aslanov qeyd edib ki, AZƏRTAC həmin yarışları, o cümlədən ötən il dünya idman tarixində ilk dəfə keçirilən birinci Avropa Oyunlarını, bu ilin iyununda Formula-1 Avropa Qran-prisini, sentyabrda 42-ci Ümumdünya Şahmat Olimpiadasını yüksək səviyyədə işıqlandırıb və bu sahədə lazımi təcrübə toplayıb. Təsadüfi deyil ki, birinci Avropa Oyunları Əməliyyat Komitəsinin rəhbər şəxsləri də Oyunların yüksək səviyyədə işıqlandırılmasında AZƏRTAC-ın fəaliyyətini yüksək qiymətləndiriblər. İslam Həmrəyliyi Oyunları da mühüm idman hadisəsidir. Bu Oyunlarda dünyanın 50-dən çox İslam ölkəsindən 4 minədək idmançı mübarizə aparacaq. AZƏRTAC bu idman tədbirinin də yüksək səviyyədə işıqlandırılması üçün əlindən gələni edəcək.
 
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu müasir müstəqil Azərbaycanın Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində əldə etdiyi uğurların dünyaya çatdırılmasının AZƏRTAC-ın əsas missiyası olduğunu vurğulayan Baş direktor bildirib ki, agentlik bu gün 7 dildə informasiya və 5 dildə videomaterial hazırlayaraq öz kanalları ilə dünyanın hər yerinə yayır. Eyni zamanda, 130-dan çox xarici xəbər agentliyi ilə informasiya mübadiləsi aparır, dünyanın ən böyük media alyanslarında yüksək səviyyədə təmsil olunur. AZƏRTAC-ın həyatında ən böyük uğurlardan biri ötən ay beynəlxalq aləmdə çox nüfuzlu media toplantıları kimi qəbul edilən Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının – OANA-nın XVI Baş Assambleyasına ev sahibliyi etməsi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın himayəsi ilə keçirilən bu tədbirlərin əhəmiyyətini göstərmək üçün təkcə bir faktı demək kifayətdir: Konqresin tarixində ilk dəfə idi ki, dünyanın bütün qitələrindən - 80 ölkədən 130 xəbər agentliyini təmsil edən 200 nümayəndə iştirak edirdi. Həmin toplantılarda Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya sədrlik AZƏRTAC-a keçdi.
 
“Biz hazırda həmin təşkilatların saytlarını da idarə edirik. Bu, daha bir mühüm xəbər resursudur. OANA-da dünyanın 35 ölkəsindən 44 nüfuzlu informasiya agentliyi təmsil olunur. Dünya üzrə ümumi xəbər axınının təxminən üçdə ikisi bu təşkilatın üzvü olan agentliklərin payına düşür. OANA-ya üzv ölkələrin ictimai, siyasi, mədəni, idman həyatında baş verən ən mühüm yeniliklər barədə xəbərlər, foto və videomateriallar gün ərzində bu qurumun saytında yerləşdirilir”, - deyə Baş direktor bildirib.
 
AZƏRTAC-ın xarici ölkələrdəki müxbir şəbəkələrinin coğrafiyasının da ildən-ilə genişləndiyini qeyd edən baş direktor deyib ki, hazırda agentliyin 21 ölkədə müxbir məntəqələri fəaliyyət göstərir. AZƏRTAC-ın sahib olduğu bütün bu imkanlar və resurslar IV İslam Həmrəylik Oyunlarının dünya miqyasında geniş təbliği işində mühüm rol oynayacaq, bununla bağlı xəbərlərin daha böyük məkanda yayılmasına şərait yaradacaq.
 
Genişmiqyaslı idman tədbirlərinin təbliğində medianın mühüm rol oynadığını vurğulayan IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov Azərbaycanda və dünyada etibarlı xəbər mənbəyi kimi tanınan AZƏRTAC-ın “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi media tərəfdaşı olmasından məmnunluğunu ifadə edib. “Bu əməkdaşlıq “Bakı-2017”nin işıqlandırılması ilə yanaşı, Oyunların Azərbaycana verəcəyi faydaların təbliği baxımından da möhtəşəm platforma olacaq”, - deyə Elçin Səfərov vurğulayıb.
 
Yerli mətbuat qurumları ilə ilk tərəfdaşlıq müqaviləsinin AZƏRTAC ilə imzalandığını diqqətə çatdıran Elçin Səfərov bildirib ki, AİSGOC bununla istər yerli, istərsə də beynəlxalq mediaya çıxış əldə edir. Bu gün IV İslam Həmrəyliyi Oyunlarına geniş hazırlıq işləri görülür. Yarışların və tədbirlərin keçiriləcəyi məkanlar, nəqliyyat və digər məsələlərlə bağlı məlumatların cəmiyyətə çatdırılmasında mətbuatın, xüsusən media tərəfdaşının rolu mühüm əhəmiyyətə malikdir.
 
Bu günədək Azərbaycanda təşkil olunan böyük idman və konsert tədbirlərində könüllülərin xidmətindən geniş istifadə olunduğunu qeyd edən Elçin Səfərov deyib: “Biz açılış və bağlanış mərasimi üçün könüllülərin qeydiyyatını aparmışıq. Bu, təxminən 4400-dən artıq könüllü deməkdir. Bundan başqa, əməliyyat könüllüləri olmaq istəyən 12 mindən çox gənc qeydiyyatdan keçib. Sevindirici haldır ki, onların 75 faizi birinci Avropa Oyunlarında iştirak etmiş, 25 faizi isə yeni könüllülərdir. Qeydiyyatdan sonra onların hər biri ilə fərdi müsahibə olacaq. Daha sonra onların bacarığına, dünyagörüşünə uyğun olaraq, 16 idman obyektində və 9 qeyri-idman obyektində könüllülərin xidmətindən istifadə edəcəyik”.
 
IV İslam Həmrəyliyi Oyunlarının başlanmasına 150 gündən az vaxt qaldığını bildirən Əməliyyat Komitəsinin korporativ direktoru məlumat verib ki, hazırlıq işləri plana uyğun gedir. Birinci Avropa Oyunlarından Azərbaycana çoxlu idman qurğuları qalıb. Yarışların keçiriləcəyi 16 idman obyektindən 9-u birinci Avropa Oyunlarında istifadə olunub. Qalan obyektlərdə təftiş işləri aparılır və onlar da tezliklə yarışlara hazır vəziyyətə gətiriləcək.
 
İdmanın xalqlar arasında körpü rolunu oynadığını diqqətə çatdıran Elçin Səfərov IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin tarixini, mədəniyyətini, qədim ənənələrini təbliğ etmək baxımından əla imkan olduğunu bildirib. O, Oyunların ölkə iqtisadiyyatına, turizminə, mədəni həyatına müsbət impuls verəcəyinə əminliyini ifadə edib.
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO

Xəbər xətti

Prezidentlər Şuşada erməni vandalizminə məruz qalan heykəllərə baxdılar
13:49 17.05.2024
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
13:45 17.05.2024
Lukaşenko Şuşaya traktor texnikası hədiyyə etdi
13:39 17.05.2024
Cənubi Qafqaz üçün iki mühüm məqam - Rusiyalı politoloq AÇIQLAYIR - ÖZƏL
13:30 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə GETDİLƏR
13:25 17.05.2024
Şənbə günü də yağış yağacaq
13:20 17.05.2024
Universitetlərin Bakıdan köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - "Mərhələli şəkildə..."
13:10 17.05.2024
İki ali məktəbin bazasında tədqiqat universiteti YARADILACAQ – RƏSMİ
12:55 17.05.2024
Rəsmi Bakıdan XƏBƏRDARLIQ: “Fransa üzr istəməlidir”
12:45 17.05.2024
Azərbaycanda bu barədə attımlar atılmasa böhran gözlənilir... – Nidal Salimdən ÖZƏL AÇIQLAMA
12:30 17.05.2024
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
12:20 17.05.2024
Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Hamısı