Putinin Ərdoğana dediyi bir söz İrəvanda niyə təlaş yaratdı

Analitika 09:49 15.11.2017

“Putin bir bəyanat verdi, Ermənistan sayıq olmalıdır”; Türkiyə və Rusiya liderlərinin Soçi görüşünün bəzi pərdəarxası; Kremliin sözçüsü “hər şey açıqlanmayacaq”, deməklə düşmən ölkəni daha böyük şübhəyə salıb; erməni şərhçi: “Əgər Ankara-Moskva barışığı tam miqyasda baş tutubsa, deməli, ermənilər narahat olmalıdır...”

Rusiya və Türkiyə prezidentləri arasında qısa zamanda 6-cı görüş də yekunlaşdı. 5 saat çəkən budəfəki Soçi görüşü isə mühüm özəlliyi ilə yadda qaldı. Belə ki, 2015-ci ildəki məlum təyyarə insidentindən sonra korlanmış ikitərəfli əlaqələrin tamamən bərpa edildiyi bəlli oldu. Bura Türkiyə və Rusiya arasında ticari ilişkilərin əvvəlki axara qayıtması və viza rejimlərinin götürülməsi də daxildir.

Bu xüsusda Putinin “Ankara və Moskva ikitərəfli əlaqələri praktik olaraq tam bərpa edib - həm də təhlükəsizlik sferasında” fikri diqqət çəkməyə bilməz. Türkiyə-Rusiya münasibətlərinin qaydaya düşməsi və dinamik inkişafda olması, prezidentlərin intensiv şəxsi təmasları (“Putin dünya liderləri arasında ən çox Ərdoğanla görüşür” - Rusiya KİV-ləri) isə təbii ki, ilk növbədə işğalçı Ermənistanı rahatsız edir.

Doğrudur, liderlər birgə mətbuat konfransında Dağlıq Qarabağ mövzusuna da toxunduqlarını söyləmədilər. Ancaq o da var ki, Putinin mətbuat katibi Dmitri Peskov 5 saatlıq görüşdə müzakirə edilən heç də bütün məsələlər haqda açıqlama verilməyəcəyini deyib. Sitat: “İkitərəfli danışıqlarda daha mürəkkəb məsələlər müzakirə olunub. Lakin bu barədə açıqlama verilməyəcək”.

İstisna deyil ki, həmin “mürəkkəb məsələlər” sırasına həlli uzanan Dağlıq Qarabağ konflikti də var. Bu yerdə yada salaq ki, səfər öncəsi Ərdoğan rusiyalı həmkarı ilə görüşdə Qarabağ mövzusuna da toxunmaq fikrində olduğunu söyləmişdi. Daha maraqlısı odur ki, məhz bu görüşdən sonra xəbər yayılıb ki, 6 gün sonra - noyabrın 19-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakı və İrəvana səfər edəcək.  

*****

Bütün hallarda Putinlə Ərdoğanın adicə intensivləşən şəxsi təmasları, iki böyük dövlət arasında ciddi heç bir problemin qalmamasının bəyan olunması Azərbaycanın köklü maraqları baxımından da önəmlidir. Çünki, hər necə olmasa, belə təmaslar və isti əlaqələr, o sırada şəxsi əlaqələr Türkiyə rəhbərliyinin Moskvaya təsir imkanlarını getdikcə artırır ki, azaltmır. Ankaranın Moskva yanında sözükeçərliliyi isə Bakının da sözükeçərliliyi deməkdir - o cümlədən mürəkkəb Dağlıq Qarabağ məsələsində.      

Image result for Putin Erdoğan Soçi

Təsadüfi deyil ki, Kreml başçısının yuxarıdakı açıqlaması işğalçı Ermənistanda təlaşla qarşılanıb. Bu xüsusda 1 in.am saytının siyasi şərhçisi Musa Mikaelyanın məqaləsi diqqət çəkir. Musavat.com-un məlumatına görə, “Putin bir bəyanat verdi, Ermənistan sayıq olmalıdır” sərlövhəli məqalədə o, bütövlükdə erməni ekspert camiyəsinin ovqatını və narahatlığını ifadə edərək yazır: “Rusiya prezidenti Vladimir Putin Soçidə Ərdoğanla görüşdən sonra bildirdi ki, Rusiya-Türkiyə münasibətləri, artıq təhlükəsizlik sferası da daxil, bütün sahələr üzrə hərtərəfli və tam miqyasda bərpa edilib. İndiyədək əlaqələrin bərpasını ”hərtərəfli" adlandırmaqdan ötrü nə çatışmırdı və ya Ərdoğan Soçidə nəyi tamamlayıb və əlavə edib, əlbəttə ki, söyləmək çətindir. Ancaq tarixi presedentlərə əsasən demək olar ki, əgər Rusiya-Türkiyə münasibətləri hərtərəfli, dolğundursa, o zaman ermənilərin daha böyük ehtiyatlılıq və sayıqlıq göstərməsinə əsas var... Sözsüz ki, indiki dövrdə birmənalı şəkildə tarixi presedentləri rəhbər tutmaq doğru olmazdı, amma istənilən halda Rusiya ilə Türkiyə arasında tam miqyaslı barış o anlama gəlir ki, ermənilik də öz sayıqlığı sahəsində tam miqyaslılıq nümayiş etdirməlidir - ələlxüsus Putin təhlükəsizlik sahəsindən danışırsa".

Image result for Musa Mikaelyan

*****

Göründüyü kimi, erməni ekspert Ankara-Moskva ilişkilərini və onların inkişafını erməni xalqının köklü maraqlarına tam zidd, faktiki, təhlükə hesab edir. Bu təlaş da, təbii ki, ən əvvəl işğalçı ölkənin bölgədəki pozucu rolundan və onun Rusiya üçün maşa rolunda çıxış eləməsindən qaynaqlanır. Hər necə olmasa, həm Türkiyə, həm də Ankara rəsmiləri dəfələrlə bəyan ediblər ki, iki ölkənin əməkdaşlığı, hətta hərbi əməkdaşlığı (“S-400" zenit-raket sistemlərinin Türkiyə satılması da daxil) üçüncü ölkəyə qarşı yönəlməyib. Türkiyənin ali rəsmi şəxsləri isə üstəlik, dönə-dönə bildiriblər ki, Ermənistanın hətta işğal altındakı bir neçə rayonu qeyd-şərtsiz azad eləməsi kifayətdir ki, bölgədə onun da iştirakı ilə iqtisadi çiçəklənmə başlasın. Bundan artıq nə deyilməlidir ki?

Image result for s-400

Amma görün Mikaelyan nə deyir: “Məsələ ondadır ki, Türkiyə üçün təhlükəsizlik mövzusu erməni məsələsini də özündə ehtiva edir. Öz növbəsində erməni məsələsi təkcə ”genosid"in (dırnaqlar bizimdir - red.) tanınmasını yox, bir sıra başqa komponentləri, o sırada Dağlıq Qarabağ konflikti və bütövlükdə erməni dövlətçiliyi məsələsini ehtiva edir. Deməli, təsəvvürə gətirmək olar ki, Ankara təhlükəsizliyin bu hissəsi ilə bağlı Moskvadan nə gözləyir, əgər tərəflər arasında barış, deyildiyi kimi, həqiqətən tam şəkildə baş tutubsa".

Erməni şərhçi ardınca yazıb: “Bu gün (dünən - red.) Moskvada ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanla görüşəcəklər. Bu görüş faktiki surətdə Putin-Ərdoğan görüşünün ardınca baş tutacaq - hansı görüşdə ki, tərəflər arasında barışıq, təhlükəsizlik sferası da daxil, ”tam həcmdə" reallaşıb. Görüş eyni zamanda Serj Sərkisyanın Moskva səfəri və Putinlə təması öncəsinə təsadüf edəcək. Hər şeydən göründüyü kimi, Edvard Nalbənyanın həmsədrlərlə təması Putin-Ərdoğan görüşü ilə Putin-Sərkisyan görüşü arasında özünəməxsus körpü və birləşdirici həlqə rolu oynayacaq".

*****

Beləliklə, Ərdoğanla Putinin 5 saatlıq Soçi görüşünün nəticələrini Azərbaycan kontekstində daha real təsəvvür eləmək üçün Putin-Sərkisyan görüşünün nəticələrini və hətta Rusiyanın erməni kökənli baş diplomatı Lavrovun Bakı və İrəvana səfərini gözləmək lazım gələcək.      

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
Hamısı