"Türkiyə ləngisə, ABŞ “kürd kartını” işə salacaq"

Analitika 15:06 22.01.2018

Şənbə günü Türkiyə Suriyada kürd birləşmələrin nəzarətində olan ərazidə “Zeytun budağı” adlı əməliyyata başladı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl də dəfələrlə Türkiyənin Afrin və Mənbici terrorçulardan azad edəcəyini bildirsə də, həmin ərazilərə qoşun yeritməklə bağlı konkret qərara gələ bilmirdi. Ancaq hadisələrin inkişafı onu göstərdi ki, Vaşinqton Suriya ilə sərhəddə türk faktorunun mövcudluğuna etinasızlıq göstərməyə və kürdləri aktiv şəkildə dəstəkləməyə başladı; belə mövqe Türkiyəni heç cür qane etmirdi. İndi isə qoşunların Afrinə daxil olmasından sonra ABŞ Ankaranın başqalarının onun milli maraqlarına saymazyana yanaşmasına imkan verməyəcəyini anladı. Afrində baş verənlər və hadisələrin bundan sonra hansı şəkildə inkişaf edəcəyi ilə bağlı Yaxın Şərq üzrə ekspert İqor Pankratenko danışıb.

– Türkiyə Afrindəki kürd kantonunu tutmaqda israrlıdır və Rusiya ilə aktiv şəkildə danışıqlar aparır. Necə düşünürsüz, Rusiya və Türkiyə Afrinlə bağlı ortaq razılığa gələ biləcəkmi? Bu əməliyyatdan sonra Ankara ilə Moskva arasında “soyuq yellərin əsməsi” nə dərəcədə gözləniləndir?

– Gəlin ondan başlayaq ki, Ankara şənbə günü rəsmi qaydada “Zeytun yarpağı” əməliyyatının başladığını elan etdi və Türkiyə ordusu həmin gün  saat 16:00-dan etibarən onun icrasına başladı.

Dərhal bir məsələni dəqiqləşdirmək istəyirəm ki, əməliyyatın başlıca hədəfi Türkiyə ordusunun Afrin kantonunu tutması deyil, orada fəaliyyətdə olan PKK/KCK/PYD-YPG birləşmələrini darmadağın etmək, onlara aid infrastrukturu məhv etməkdir. Əməliyyat uğurla başa çatdıqdan sonra Afrinə nəzarət, əlbəttə ki, Ankarayönümlü yerli qüvvələrə təhvil veriləcək.

Bunu “türk işğal zonası üzərində nəzarətin bərqərar edilməsi” və ya başqa cür də adlandıra bilərik, ancaq bu adlar onun məğzini dəyişmir: Ankaranın əlinə – o cümlədən Moskva və Tehranla razılaşmalar çərçivəsində – Suriya Kürdüstanından qaynaqlanan böyük təhdidi zərərsizləşdirmək fürsəti düşüb. Türkiyə bu imkandan 100 faiz yararlanmaq niyyətindədir.

Bu məsələdə Rusiyanın mövqeyinə gəlincə, düşünürəm ki, Ankara və Moskva artıq bu məsələni öz aralarında razılaşdırıb və bu, ötən həftə Türkiyə SQ Baş Ordu Qərargah rəisi Hülusi Akar və Milli Kəşfiyyat Təşkilatının direktoru Hakan Fidanın Sergey Şoyqu və Rusiya Baş Ordu Qərargah rəisi Valeri Gerasimovla keçirdiyi görüşdə baş tutub.

Məlum məsələdir ki, Türkiyə qoşunlarının Afrində keçirdiyi əməliyyat Moskvanın ürəyincə deyil, ancaq Rusiya tərəfinin buna əngəl olmaq üçün ciddi imkanları yoxdur. Bundan savayı, Ankara Kremlin Türkiyənin mövqeyi ilə can-başla razılaşması üçün əsaslı arqumentlər tapıb.

– Məlum olduğu kimi, Türkiyə və İran son zamanlar ikitərəfli münasibətlərin yaxşılaşmasına nail olub. Bəzi ekspertlər Afrində hətta İran qüvvələrinin olduğunu iddia edir. Afrin İrana lazımdırmı? Bu məsələdə Tehranın hansı mövqe ortaya qoyacağını gözləmək olar?

– Burada bir şeyi anlamaq lazımdır ki, Türkiyə və İranın “kürd məsələsinin” bəzi aspektlərinə yanaşması tamamilə oxşardır. Bunun üçün İraq Kürdüstanının müstəqillik referendumuna qarşı İran və Türkiyənin birgə səylərini – yeri gəlmişkən, kifayət qədər uğurlu olmuş səylərini – xatırlamaq kifayət edər;  İran və Türkiyə Kürd muxtar bölgəsinin müstəqil olmasına əngəl olmaqla, bağlı öz məqsədlərinə çatdı.

Bundan başqa, Tehran Ankaranın Suriya Kürdüstanının əhəmiyyətini və ondan qaynaqlanan təhdid və problemləri necə qiymətləndirdiyini çox yaxşı başa düşür. Digər tərəfdən, artıq Türkiyə ilə İran arasında Suriyada təsir sferalarının bölgüsü ilə bağlı razılaşma əldə olunub ki, Afrin də həmin bölgüyə görə məhz “türk zonasına” düşür. İranın Türkiyənin “Zeytun budağı” əməliyyatına münasibətinin kifayət qədər yaxşı olacağını əminliklə deməyə imkan verən bir sıra faktorlar var.

– Bu qərar Türkiyə və ABŞ münasibətlərini nə dərəcədə korlaya bilər?

– Bilirsiniz, bu, nə qədər paradoksal səslənsə də, hər şey əməliyyatın nə dərəcədə uğurlu və məqsədyönlü aparılacağından asılı olacaq. Əməliyyat kifayət qədər tez başa çatsa, Vaşinqton, təbii ki, yeni reallıqları nəzərə almaqla, Ankara ilə dialoqa gedəcək.

Türk tərəfi “Fərat qalxanı” əməliyyatında şahidi olduğumuz kimi, ləngisə, ABŞ yenidən Suriyada “kürd kartını” işə salacaq. Üçüncü variant yoxdur.  

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı