Türkiyədə son zamanlar dolların lirə qarşısında sürətli artması müşahidə edilir. Vəziyyət hətta o qədər qəlizləşib ki, prezident Rəcəb Tayyib Ərdoğan hökumətə bununla bağlı təcili tədbirlər görmək tapşırığı verib.
Türkiyənin Suriyada, ümumilikdə, regionda ABŞ-ın mövqelərini alt-üst etdiyi bir zamanda bu böhranın peyda olması ''görəsən bu işdə bir Amerika barmağı varmı'' sualını istər-istəməz insanın ağlına gətirir. Niyə də olmasın ki? Onsuz da hər kəs ABŞ-ın Türkyəyə hansısa bir formada cavab verəcəyini gözləyirdi.
Hal-hazırda Çinə iqtisadi müharibə elan edən ABŞ Türkiyəni də bu üsulla vura bilər. Bütün ehtimallar bir yana, dollar gün getdikcə qalxır və vəziyyətdə getdikcə gərginləşir. Gərginləşən bu iqdisadi vəziyyət artıq siyasətə də nüfuz etməyə başlayır desək yanılmarıq.
Bir neçə gün əvvəl birdən-birə ölkənin bir çox tanınmış media mərkəzləri iqdisadi böhranla əlaqədar baş nazirin iqtisadi məsələr üzrə müavini Mehmet Şimşekin istefa verdiyinə dair xəbər yaydılar. Bu zaman baş nazir Binali Yıldırım Monqolustanda işgüzar səfərdə idi. Bu xəbəri Yıldırım ölkəyə dönər-dönməz yalanladı və Yılmazın görəvinin başında olduğunu bildirdi.
Bu xəbərin bir neçə hökumət yönümlü media orqanında çıxması bu məsələnin sadə bir uydurma deyil, sifarişli bir xəbər olduğunu deməyə əsas verir. Zənnimcə, bu məlumat Beştəpədən (Prezident Administrasiyası) Çankayaya ötürülən incə bir mesaj idi. “Ya iqdisadi böhranı həll et, ya da çəkdiyin o yolla Çankayadan çıx get”'. Axı ordunun qalibiyyətli müharibə aparması baş komandan kimi Ərdoğanın işidirsə ölkənin iqdisadiyyatını mühafizə etmək və gücləndirmək də hökumətin rəhbəri kimi Yıldırımın işidir.
Ordunun Suriyadakı uğurlu əməlliyatları Ərdoğanın işinin öhdəsindən necə uğurla gəldiyini gösdərir. Ancaq iqtisadiyyat gün getdikcə zəifləyir, milli valyuta getdikcə ABŞ dolları qarşında dəyərini itirir. Bu isə Yıldırımın kabinetinin işinin öhdəsindən necə gəldiyini istər-istəmız insana sorğuladır. Qısacası əgər hökumət böhranı həll edə bilməsə bunun hesabını hökumətin rəhbəri Binali Yıldırım ödəyəcək. Öz vəzifəsi ilə...
Zeynal Əmrəliyev, Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti