ABŞ, Fransa və Böyük Britaniya bu əməliyyatla Rusiyaya göz dağı vermiş oldu ÖZƏL

Analitika 14:50 15.04.2018

 Günlərdir, Suriyaya gözlənilən hücumlar sonunda baş verdi. Hava hücumlarını 3 dövlət - ABŞ, Fransa və Böyük Britaniya həyata keçirib. Əslinə baxsaq bu hücum gözlənilirdi. ABŞ Prezidenti Donald Trampın əvvəlcədən elan etdiyi hücumlar zamanı paytaxt Dəməşq və Xüms şəhərlərində partlayış səsləri eşidilib. ABŞ Müdafiə Nazirliyi Suriyaya hava hücum etdiklərini təsdiqləyib və hələlik əməliyyatlara son verdiklərini açıqlayıb. İstərdim bu hücumun təfərrüatlarına keçmədən öncə hücuma qədərki bəzi prosesləri xatırladım.

Bildiyiniz kimi, yaxın günlərdə BMT Suriyanın Şərqi Quta ərazisindəki Duma şəhərində kimyəvi silah istifadəsini müzakirə etmək üçün iclas keçirib. Bu iclas olduqca maraqlı məqamlarla yadda qaldı. Belə ki, müzakirə zamanı çıxış edən tərəflər olduqca kəskin bəyənatlar verərək bir-birini hədəfə almışdı. ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Heyli hadisə barədə "Sadəcə canavar bunu edə, mülki vətəndaşları hədəf ala bilər. ABŞ buna görə cavab verəcək" fikrini səsləndirib.Əslində hələ iclas zamanı bu hücumun mesajları verilməkdəydi.

Rusiyanın BMT-dəki daimi təmsilçisi Vasili Nebenzia ABŞ-ın Suriyaya müdaxiləsinin ciddi nəticələr verəcəyini bildirərək xəbərdarlıq edib və ABŞ, Fransa, İngiltərəni Suriyada Rusiyaya qarşı aqressiv münasibət göstərməkdə ittiham edib. Əslində rus təmsilçisinin sözlərində müəyyən qədər həqiqət var. Son iki ay ərzində ABŞ Rusiyaya qarşı olduqca sərt addımlar atmaqdadır.

Ən maraqlı məqam isə Suriyanın BMT-dəki daimi təmsilçisi Bəşər Cəfəri çıxış edən zaman ABŞ, Fransa və İngiltərə təmsilçiləri salonu tərk etməsi oldu. Faktiki olaraq qərb Suriyaya bir dövlət kimi baxmır ərazisini də hərbi paliqondan artıq görmür. Lakin Suriyanı itirmək də istəmir.

Suriyaya hücum sonrası ABŞ Prezidenti Donald Tramp olduqca maraqlı bəyanatlar verdi. 3 dövlətin birgə düzənlədiyi hava əməliyyatından əvvəl ABŞ Prezidenti Donald Tramp planlaşdırılan hücumların anonsunu verərək demişdi: "Qısa müddət əvvəl Amerika hərbi qüvvələrinə Əsədin kimyəvi silah müəssisələrinə hücum etmək tapşırığı verdim”.

Daha sonra ABŞ prezidenti hazırda İngiltərə və Fransa ilə birlikdə kollektiv əməliyyat başladıqlarını bəyan etmiş və hər iki ölkəyə də təşəkkürünü bildirib.

Yuxarıda qeyd etdiyim kimi, hava hücumlarını 3 dövlət - ABŞ, Fransa və Böyük Britaniya həyata keçirib. Bu zaman belə bir sual ortaya çıxır. Niyə ABŞ Fransa və Böyük Britaniyayla birgə hərəkət edir?

Məsələ bundadır ki, ABŞ-ın kifayət qədər hərbi qüdrəti var və Suriyada istədiyi zaman əməliyyat keçirə bilər. Lakin bu riskli addım olardı. Onsuz da beynəlxalq aləmin narazılıqlarının artığı bir dövrdə ABŞ təkbaşına belə bir addım atsa bu zaman Rusiyaya qarşı apardığı qaralama konpaniyası ona qarşı çevrilə bilərdi. Lakin Fransa və Böyük Britaniyanı əməliyatlara qoşan ABŞ beləcə bu təhlükədən yan keçmiş oldu.

Bir məqamı da qeyd etməliyəm ki, Böyük Britaniya və Fransa arası siyasi əlaqələr Britaniyanın Avropa İtifaqından çıxma qərarından sonra olduqca soyuqlaşmaqda idi. Bu isə olduqca ciddi problemdir. Çünki, Avropa Birliyi daxilindəki çatlaqların görülməsi Rusiya, Çin, Türkiyə, İran kimi ölkələrin siyasi üstünlük səylərini artırmaqda motivasiya ola bilər. Yəni Fransa və Böyük Britaniyanı ABŞ əməliyatlara qoşmaqla həm Fransa və Böyük Britaniya siyasi hərbi əməkdaşlığına yeni bir nəfəs vermək həm də Rusiyaya göz dağı vermək məqsədi güdür. Rusiyaya gözdağı vermək demişkən, çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp Rusiya və İrana da söz atmaqdan geri durmadı. ABŞ prezidenti öz çıxışında Suriya rejiminə hərbi dəstək verən İran və Rusiyaya da mesaj göndərib:

"Bu gün cinayətkar Suriya rejiminə ən çox hərbi avadanlıq, maliyyə verən və onu dəstəkləyən iki dövlətə - İran və Rusiyaya mesajım var: Hansı millət günahsız qadın, uşaq və kişiləri kütləvi şəkildə qətlə yetirən cinayətlə əlaqəli olmaq istəyər? Cəmiyyətlər dostluqlarını davam etdirdikləri ölkələrlə qiymətləndirilir. Heç bir dövlət vəhşi diktatorları dəstəkləyərək uzun müddət duruş gətirə bilməz. Rusiya indiki qaranlıq yolda yürüyüşünə davam edəcəyinə, yoxsa mədəni millətlər arasında sabitlik və sülh üçün bir güc olacağına qərar verməlidir".

Yekun olaraq onu demək istəyirəm ki, ABŞ, Fransa və Böyük Britaniya bu əməliyyatla Rusiyaya göz dağı vermiş oldu. Həm də əməliyat nəticəsində ABŞ regionda bir müddət də qalmaq şansı əldə etdi. Bundan əlavə isə, ən böyük qazanc o oldu ki, Fransa və Böyük Britaniya yenidən ortaq hərəkət etmək məcburiyyətində qaldı. Bu isə ABŞ diplomatiyasının növbəti qələbəsidir.


Turan Rzayev,

Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Hamısı