Bir keşiş kimdir ki, Türkiyə ona görə ABŞ-a döyüşür?

Analitika 12:53 22.04.2018

Türkiyə öz siyasətində ABŞ və digər NATO dövlətləri ilə münasibətlərin yumşaldılması xəttini seçməlidir.

Bu sözləri politoloq Qabil Hüseynli deyib. O bildirib ki, ABŞ dünyanın nəhəng dövlətlərindən biridir:

“Türkiyənin siyasətində NATO-nun ümumi konsepsiyası ilə üst-üstə düşməyən məqamlar var. Xüsusilə Türkiyənin Rusiyaya meyillənməsi və Rusiyadan S-400 hava hücumundan müdafiə komplekslərini alması, hətta Amerikanın və NATO-nun xəbərdarlıqlarına baxmayaraq, Putinin Türkiyəyə son səfərində bu məsələyə nöqtə qoyulmuş kimi çıxış etməsi də ABŞ-ı qəzəbləndirən hadisələr sırasındadır. Digər tərəfdən, bir keşiş üzərində tədqiqat apararaq və onun FETÖ-çu, casus olduğunu və dövlət çevrilişinə cəhddə iştirak etdiyini dönə-dönə vurğulamağın mənası başadüşülən deyil. Keşişin müəyyən günahları olduğunu qəbul etsək, dövlətin ali maraqları xatirinə ABŞ-la keşiş məsələsində kompromisə getmək lazımdır”.

Politoloqun fikrincə, Qərb dünyası ilə yaxınlığın Türkiyəyə çox şey qazandırdığını tarix sübut edib:

“Rusiya ilə yaxın dost münasibətlərinə malik olmağın da yararları var. Amma bunu qıcıq törədən, nümayişkaranə bir tərzdə tətbiq etməyə çalışan Türkiyə xalqın ali məqsədlərini zərbə altında qoymamalıdır. Bu dünya güclü və gücsüzün münasibətləri üzərində qurulub. ABŞ və bütün Qərb dünyası ilə rəqabət aparmaq, onun rəhbərləri ilə qeyri-diplomatik dildə danışmaq Türkiyə dövlətinin maraqlarına uyğun gəlməz”.

Politoloq vurğulayıb ki, Türkiyə NATO ölkələri ilə münasibətlərin düzəlməsi istiqamətində addımlar atmalıdır:

“Türkiyəyə öz qardaş dövlətimiz kimi baxırıq və onun inkişafını öz inkişafımızdan zərrə qədər ayırmırıq. Ona görə də Türkiyənin qonşuları, mənsub olduğu blokla münasibətlərinin gərginliyi həyəcan yaradır. Bu həyəcanın sonradan Türkiyə ilə həmin dövlətlər arasındakı gərgin münasibətlərə çevrilməsini istəmərik. Türkiyə ABŞ-ın imperialist dövlət olduğunu unutmamalıdır. Əks təqdirdə ABŞ Yaxn Şərqdə Türkiyənin qonşuluğunda kürd dövlətinin qurulmasında daha fəal iştirak edə bilər”.(axar.az)

NİİM əhaliyə müraciət etdi – VİDEO

Xəbər xətti

Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
NİİM əhaliyə müraciət etdi – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Hamısı