Zaqatalada yenə zəlzələ oldu dəyən ziyan müəyyənləşdirilir

Analitika 10:13 07.06.2018

Telman Zeynalov: “”Azərbaycan ərazisinin demək olar ki, 90 faizi zəlzələ ocağıdır"

İyunun 5-də saat 22:40 radələrində Zaqatala rayonu ərazisində 6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində rayonda bir neçə evdə çatlar yaranıb.  Rayonun Yeni Suvagil kənd sakinlərinin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, zəlzələdən sonra bir neçə kənd sakininə məxsus çay daşından inşa edilmiş mal tövlələrinin divarında uçqun baş verib, bir neçə yaşayış evinin divarlarında xırda çatlar əmələ gəlib.

Episentrə yaxın bir sıra yaşayış məntəqələrində 2012-ci il zəlzələsindən sonra evlərin divarlarında yaranan xırda çatlarda genişlənmə qeydə alınıb.

Zəlzələdən sonra insanlar arasında yaranan stress və qan təzyiqi səbəbindən Qax və Zaqatala Mərkəzi Rayon xəstəxanalarının (MRX) təcili yardım şöbələrinə çoxlu sayda müraciətlər olub.

Qax şəhəri İmam Mustafayev küçəsi ev 8 ünvanında yaşayan 13 yaşlı Gülər Durmuşzadə zəlzələ baş verən an qaçmaq istəyən zaman yıxılaraq ayağı sınıb. Gülər Durmuşzadə Qax MRX-yə yerləşdirilib.

Zaqatala rayonu Göyəm kənd sakinlərinin verdiyi məlumata görə, kənd sakini 63 yaşlı Soltan Qandaxov zəlzələ zamanı həyəcanlanaraq güclü stress keçirib. Stress nəticəsində qan təzyiqi yüksələn Soltan Qandaxov infakt keçirərək ölüb.

Baş verən zəlzələ ilə əlaqədar Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları əraziyə yollanıb. Mərkəzin direktoru Qurban Yetirmişlinin sözlərinə görə, zəlzələ ocağında prosesin necə getdiyi araşdırılacaq, bu işlərdən sonra zəlzələnin baş vermə səbəbləri və gərginliyin artma ehtimalının olub-olmadığı ilə bağlı ictimaiyyətə dəqiq məlumat veriləcək.

Xatırladaq ki, Zaqatalada 2012-ci il 7 may tarixində də bu cür zəlzələ baş vermişdi. Həmin vaxt zəlzələnin 6,5 bal gücündə olduğu bildirilirdi. Zəlzələ nəticəsində 30 nəfər yaralanmış, bir çox evlər dağılmışdı.

6 ildən sonra demək olar ki, eyni vaxtda, eyni ərazidə zəlzələnin baş verməsi narahatlıq doğurub. Suallar yaranıb ki, zəlzələnin gərginliyi arta bilərmi? Zaqatala ərazisində zəlzələlərin tez-tez baş verməsi nə ilə əlaqədardır?

Telman Zeynalov ile ilgili görsel sonucu

Mövzu ilə bağlı Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov “Yeni Müsavat”a danışıb:

“Azərbaycan ərazisinin demək olar ki, 90 faizi zəlzələ ocağıdır. Lakin bununla məşğul olan geoloqlar, mütəxəssislərimiz var. Onlar qeyd edirlər ki, guya baş verəcək zəlzələni iki gün əvvəldən müəyyən edə bilərlər. Lakin Zaqatala rayonunda baş verən zəlzələ bunun əksini sübut etdi. Azərbaycanda baş verəcək zəlzələni əvvəlcədən müəyyən etmək mümkün deyil. Çünki bununla bağlı avadanlıqlar yoxdur. Əgər yerin təkində 15-50 km dərinliyində təkan baş verirsə, bir qədər sonra yuxarı qalxır. Ona görə də baş verəcək zəlzələni heç kəs əvvəldən müəyyən edə bilməz.

Zaqatala zonasına gəldikdə isə bu zona həm Ermənistana, Gürcüstana, həm də İrana yaxındır. İnanmıram ki, həmin ərazidə gərginlik artsın. Çünki ayın 5-də öz gücünü göstərdi. Əgər davamı olsaydı, 1-2 dəqiqədən sonra güclük cavab verə bilərdi. Belə olmadığı üçün deyə bilərik ki, zəlzələnin gücü elə bu qədər olub.

Azərbaycanın əsasən Abşeron ərazisi, Böyük Qafqaz, Kiçik Qafqaz və Talış Dağları zəlzələ ocağında yerləşib".

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Hamısı