Türkiyə-ABŞ gərginliyi səngimir yeni bəyanatlar

Analitika 19:45 14.08.2018

Politoloq: “Vaşinqtonun irəli sürdüyü şərtlər o qədər ağırdır ki, Türkiyənin buna razılaşması Amerikanın vassal olması anlamına gələcək”

Ankara Vaşinqtonun sərt ritorikasını qəbul etmir və geri çəkilmək niyyətində deyil; prezident Ərdoğandan qəti mövqe; politoloq: “Vaşinqtonun irəli sürdüyü şərtlər o qədər ağırdır ki, Türkiyənin buna razılaşması Amerikanın vassal olması anlamına gələcək”

ABŞ və Türkiyə arasında gərginlik hələ ki səngimək bilmir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan okeanın o tayından gələn təhdidlərə rəğmən ölkəsinin dirəniş göstərəcəyinə yönəlik növbəti mövqeyini ifadə edib. 

Ərdoğan ABŞ prezidenti Donald Trampın Türkiyədən satın alınan polad və alüminium məhsullarına gömrük rüsumunun 50 faiz artırılması qərarının Dünya Ticarət Təşkilatı (WTO) qaydalarına zidd olduğunu vurğulayıb. Ərdoğan ABŞ-ın polad və alüminiuma sanksiya tətbiq etməsini pisləyib: “Amerika, bax! Dünya Ticarət Təşkilatı var. Bu təşkilatın daxilində sənin özbaşınalığın ola bilməz. Biz beynəlxalq hüquqa əsasən hərəkət edəcəyik. Hüquq tanımama anlayışı Türkiyədə yoxdur. Biz ABŞ-ı hüquqa dəvət edirik. Biz NATO-da müttəfiq deyilik? Bu ortaqlığı niyə pozursunuz? Sənin adamının günahı, terror təşkilatı ilə əlaqəsi varsa, məhkəmə nə cəza versə, odur. Sən ”Xalqbank"ın baş direktor müavinini heç bir günahı olmadan həbs edəcəksən, banka sanksiya tətbiq edəcəksən, sonra? “Siz etdiniz, biz də edirik” demirik. Cinayət törədən cəzasını çəkəcək. Bu günədək Amerika ilə heç vaxt pis olmaq istəmədik. Amma əgər belə gedəcəksə, ərəblərin bir sözü var: “Men dakka dukka”. Biz də bunu edirik".

İki NATO ölkəsinin üz-üzə gəlməsi təbii ki, ciddi hadisədir. Üstəlik, söhbət dost və qardaş Türkiyədən gedir. Ankara və Vaşinqton arasında barış, anlaşma üçün yer qalıbmı, yoxsa münasibətlər “soyuq savaş”a qədər gərginləşə bilər?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan  Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Türkiyə ilə ABŞ arasında barışın yaranması üçün qarşılıqlı addımlar atılmalıdır: “Ancaq Donald Tramp administrasiyası addım əvəzinə, Türkiyəyə qarşı yeni-yeni ultimatumlar göndərir. Bu isə gərginliyi artırır. Vaşinqtonun irəli sürdüyü şərtlər o qədər ağırdır ki, Türkiyənin buna razılaşması Amerikanın vassal olması anlamına gələcək. Məsələn, ultimativ şəkildə deyirlər ki, Rusiyadan silah almayın, İranla ticarət yapmayın və s. Mənə elə gəlir ki, hətta bu gün Ankara rahib Endryü Bronsonu azad edib Amerikaya göndərsə belə, Vaşinqton Türkiyəni cəzalandırmaq üçün başqa bəhanələr tapacaq”.

Siyasi təhlilçi bildirdi ki, Türkiyənin regionda artan rolu, müstəqil xarici siyasəti, qonşu Rusiya və İranla Suriyada ortaq fəaliyyəti Amerikanın xoşuna gəlmir: “Məgər Türkiyənin başında Ərdoğan deyil, Kamal Kılıçdaroğlu və ya Məhərrəm İncə olsaydı, onlar Rusiya və İranla əməkdaşlıqdan imtinamı edəcəklər? Türkiyə İrandan qaz alır, Rusiyadan ildə 6-7 milyon nəfər Türkiyədə dincəlir, atom elektrik stansiyasının tikintisi davam edir. Bütün bu imkanlardan başqa prezident imtina edə bilərmi?”

Ancaq E.Şahinoğlu əmindir ki, qardaş Türkiyə bu çətinliyi də adlayacaq, çünki başqa alternativi yoxdur: “Bu arada, Azərbaycanda bəzi fikirlər yayılır ki, Azərbaycan Türkiyədəki sərmayəsini geri çəkməlidir. İqtisadiyyat bir yana, Azərbaycanın Türkiyədən sərmayəsini geri çəkmək təklifinin siyasi riskləri böyükdür. Dövlət Neft Şirkəti Türkiyədəki neft və kimya sənayesinə milyardla dollar yatırım qoyub, tək elə Star zavodunun inşasına 6 milyard dollardan çox yatırım qoyulub. Zavod oktyabr ayında işə düşəcək və ilbəil Türkiyəyə və Azərbaycana gəlir gətirəcək. İndi bu yatırımdan necə imtina etmək olar? Fərz edək ki, imtina etdik, Türkiyə bu addımımıza seyrçimi qalacaq? Onsuz da Azərbaycan-Türkiyə münasibətlərini pozmaq istəyənlər pusqudadırlar, bu ən çox da işğalçı Ermənistanın işinə yarayacaq. Soyuqqanlı olmalıyıq. Bəli, lirə sürətlə dəyərdən düşür və bunda Amerikanın Türkiyəyə qarşı sanksiyalarının rolu var. Ancaq Türkiyə strateji müttəfiqimizdir, Amerikanın sanksiyaları qarşısında qazanc gətirəcək yatırımlardan imtina etməməliyik. Onda belə çıxır ki, nə vaxtsa Azərbaycanda da manatla bağlı təhlükə yaransa Türkiyə də Azərbaycandakı yatırımlarını geri çəkməlidir? Türkiyə neçə il əvvəl manat devalvasiyaya uğrayanda bunu etmədisə, yenə etməz. Belə isə biz niyə Türkiyədəki lirənin enməsi və Amerikanın Türkiyə əleyhinə siyasəti qarşısında təslim olmalıyıq? Dost və qardaş dar gündə tanınar. Türkiyə dar günümüzdə hər zaman yanımızda olubsa, biz də qardaşımızdan dəstəyimizi əsirgəməməliyik”.

Bu arada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada xarici ölkə səfirləri ilə görüş keçirib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, nazir Ankaranın Vaşinqtonla münasibətləri bərpa etmək istədiyini diqqətə çatdırıb. “Son zamanlar ABŞ-la münasibətlərimiz arzuolunmaz nöqtəyə çatıb. Onlar bütün sübutları göndərməyimizə baxmayaraq, FETÖ ilə bağlı heç bir addım atmadı. Münasibətlərin yaxşı olacağını gözləyirik. Təhdid və sanksiyalarla Türkiyədən heç nəyə nail ola bilməzsiniz. Biz barışıq tərəfdarıyıq, amma təzyiq olmasın. Danışıqlar masasına oturmaq və bir-birinə hörmət göstərmək lazımdır”.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Hamısı