"Xarici oyunçular tərəflərin mövqelərini dəyişdirmək üçün həvəsləndirci imkanlarından istifadə ediblər. Burada əsas oyunçu Rusiya, ikinci oyunçu isə Türkiyədir".
Ordu.az xəbər verir ki, bu sözləri britaniyalı analitik Neyl Makfarleyn erməni KİV-lərinə açıqlamasında deyib.
Onun fikrincə, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündən sonra ictimai informasiyanın az olmasından təəccüblənmir. O, çox həssas mövzularla bağlı özəl və gizli görüşlərin daim olduğunu anladığını qeyd edib.
"Tərəflər ümumi mövqe istiqamətində öz mövqelərini dəyişməyə qərar veriblər. Bu 2 halda baş verə bilər. İlk növbədə hər iki tərəf sülh istiqamətində irəliləmək arzusunda olmalı, daha sonra xarici oyunçular bu məsələdə müəyyən rol oynaya bilərlər. Xarici oyunçular tərəflərin mövqelərini dəyişdirmək üçün həvəsləndirci imkanlarından istifadə ediblər. Burada əsas oyunçu Rusiya, ikinci oyunçu isə Türkiyədir", - deyə analitik bildirib.
Onun sözlərinə görə, istənilən halda ATƏT nə lazım olduğunu qeyd edib və cəmiyyətin sülhə hazırlanması üçün tədbirlər həyata keçirilməlidir.
"Doğurdanmı iki ölkə rəhbərləri arasında özəl görüşlər münaqişənin nizamlanmasına kömək edir? Keçmişdə də bir çox görüşlər baş tutub. Hazırda sülh prosesinə açıq-aydın təsir yoxdur. Əgər biz bunu keçmişlə mühakimə edərsək, o zaman cavab açıq-aydın xeyr, deyə ola bilər. Hazırda şərtlər dəyişib və bu kifayət qədər hərəkətlidir. Belə ki, heç olmasa keçmişin təcrübəsi gələcək imkanalar üçün yaxşı göstərici deyil. Əgər liderlər sülhə imkan verməyə qərara alıblarsa, görüşlər çox faydalı ola bilərdi", - deyə analitik vurğulayıb.