«Ankara olmadan regional məsələlər barədə danışmaq həqiqətən çətindir» Ekspert

Analitika 20:47 12.02.2019

ABŞ-ın təklifi ilə 13-14 fevral tarixlərində keçiriləcək Yaxın Şərqdə sülhün təmin edilməsinə dair konfransda dəyirmi masada əsas ölkələri görə bilməyəcəyik. ABŞ-ın Yaxın Şərqdə sülh, təhlükəsizlik və sabitliklə bağlı məsələləri həll etmək üçün dövlətləri bir araya gətirmək barədə bəyanatına baxmayaraq, İran İslam Respublikası Polşa və ABŞ-ı İranın bölgədəki nüfuzuna ziyan vurmaqda ittiham edib.

Konfransın başlama günü yaxınlaşdıqca, iştirakçı ölkələrin adları hamıya bəlli oldu. İştirak etməyən ölkələrdən Suriya, Türkiyə, Rusiya Suriya münaqişəsinin həlli üçün 14 fevralda Soçidə görüşməyi planlaşdırırlar. Beynəlxalq Əlaqələr Mərkəzinin siyasi eksperti Bruno Surdel Eurasia Diary-ə verdiyi müsahibədə konfransın detalları haqqında danışıb.

Birincisi, 13-14 fevral 2019 il tarixində keçiriləcək bu konfransdan ümumilikdə gözləntilər nədən ibarətdir?

Gözləntilər böyük deyil -  dünyanın bəzi əsas və ya regional oyunçularının iştirak etməməyə qərar verib və ya dəvət edilməyib; Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Çin nümayəndə heyəti, İran, Suriya (dəvət edilməyib);  Avropa Birliyinin “Xarici İşlər naziri” Federika Moqerini də tədbirə gəlməyəcək. Ancaq  Körfəz ölkələrindən Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Oman və  Küveytin olduğu 11 Ərəb dövlətinin nümayəndələrindən ibarət 60 ölkənin nümayəndə heyəti öz iştirakını təsdiqləyib.

Aydındır ki, fevralın 14-də Soçi şəhərində Rusiya, Türkiyə və İran arasında Suriya münaqişəsinin həllinə həsr olunmuş üçtərəfli sammit keçiriləcək. Beləliklə, Türklərin Varşava Konfransında iştirak etməsi gözlənilmir və Ankara olmadan, regional məsələlər barədə danışmaq çətindir. Varşavada nəyə nail olmaq mümkündür? Hesab edirəm ki, bu konfrans bəzi Körfəz və digər ərəb ölkələri, eləcə də İsrail üçün Yaxın Şərq problemləri ilə bağlı fikirləri bölüşmək fürsətdir. Varşava BƏƏ və Tehranın digər rəqibləri üçün baş nazir Netanyahu ilə Yəməndə Huti üsyançılarına dəstək verdiyi iddia edilən İran, onun İraqda və Suriyada iştirakı,  Hizbullah və Fələstin 'İslam Cihad' qrupu barədə müzakirələr aparacağı yer olacaq.

Amerikalılar Səudiyyə Ərəbistanı və İsrailin rəhbərliyi altında "məlum regional koalisiyanı" gücləndirməyə çalışacaq. Digər tərəfdən prezident Trampın kürəkəninin Fələstin-İsrail münaqişəsinin həlli üçün "əsrin müqaviləsi"ni təqdim edəcəyi gözlənilir.

Lakin problem ondadır ki, fələstinlilər dəvəti rədd ediblər və Varşava Konfransını "Fələstin Milli layihəsini məhv etmək cəhdi" adlandırıblar. Amma İordaniyalılar iştirak etmək qərarına gəlib. Ümumiyyətlə, tədbir təkcə Yaxın Şərq ölkələri deyil, Avropaya münasibətdə də fikir ayrılığına səbəb olub. Ancaq konfransın məqsədlərindən biri, İran və ümumilikdə regional bağlı Avropa və Amerikanın maraqlarını uzlaşdırmaqdır.

Bu həmçinin Polşa hökumətinin də maraqlarına uyğundur. Həqiqətən də Avropalılar və Vaşinqton İrana, onun regional təsirinə, ballistik raket proqramına, nüvə iddialarına, onun Avropada İrana müxalifət qruplara hücumları və s. ilə bağlı narahatlıqları bölüşdürür. Onların fikirləri yalnız İranın 2015-ci il nüvə razılaşmasında (JCPOA) haçalanır. Avropalılar müqaviləni saxlamaq, Tehranla ticarət etmək istəyirlər və JCPOA-nı nüvə silahının yayılmaması üçün vasitə olaraq görürlər. Amma Amerikanın təzyiqi və sanksiyaları çox güclü olduğu üçün bu ehtimal olunmur. Vaşinqton Tehrana mümkün qədər daha çox zərər vermək istəyir.

Yanvar ayında İran, zirvə toplantısının gedişində bəyanat verərək, Polşanı "qarşıdurma" yaradacağını deyərək təhdid etdi. Polşa bu mesaja laqeyd qalsa, nəticəsi nə olacaq?

Varşava yanvarın sonlarında xarici işlər nazirinin səfəri ilə Tehranın narahatlığını aradan götürməyə çalışdı. Polşa diplomatları 13-14 fevral tarixlərində keçiriləcək konfransın "İrana həsr olunmuş tədbir olmayacağını, Yaxın Şərqdə sülh, sabitlik və təhlükəsizlik kimi daha mühüm məsələyə diqqət yetiriləcəyinə inandırdı.

Amma nəticə yoxdur - İranlılar bu nağıla inanmır. Bir neçə gün əvvəl ABŞ-ın yüksək vəzifəli dövlət rəsmiləri açıq şəkildə İranın Yaxın Şərqdəki "düşmən davranışları"nın  regiona təsiri və bu təsiri kollektiv şəkildə necə "geri qaytarmağı" müzakirə edəcəklərini açıqladı. İsrailin baş naziri Benyamin Netanyahu məruzəçilərdən biri olacaq.

İranın Polşaya qarşı çıxması məsələsində Tehranın çox şey edə biləcəyini düşünmürəm. Böyük Polşa şirkətləri, ABŞ-ın sanksiyalarına görə İranla əməkdaşlıq edə bilmir.

Amma hər şey nazirlərin görüşünün necə keçəcəyindən, hansı bəyanatlar veriləcəyindən asılıdır. Hər halda Polşanı Rusiyaya qarşı müdafiə edə biləcək yeganə xarici güc və NATO-da müttəfiqi Vaşinqtondur. Buna görə də Tramp administrasiyası konfransının keçiriləcəyi yer kimi Varşavanı seçdiyi zaman Polşa "Yox" deyə bilməyib. Hətta bu İranla düşmənçilik və ya iki ölkə arasında diplomatik əlaqələrin səviyyəsinin aşağı düşməsi hesabına başa gəlsə belə. Bu real siyasətdir. Konfrans Polşaya görə  ABŞ ilə strateji tərəfdaşlığı gücləndirmək üçün bir vasitədir. Nəticədə ABŞ-ın vitse-prezidenti Mayk Pens tədbirin birgə təşkilatçısı kimi çıxış edəcək.

Bu konfrans Körfəzdə İranın dəniz fəaliyyətinə təzyiq göstərməyə xidmət edirmi? Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının (KƏŞ) Amerikanı İrana qarşı dəstəkləyirmi?

Səudiyyə, BƏƏ - bəli. Onların etmək istədikləri də elə budur. Amerikanın səyləri Ərəb NATO-sunu yaratmağa, İsraillə məlum əməkdaşlığı davam etdirməklə Tehranın regionda təsirini azaltmağa yönəldilib. İranı təcrid etmək.  

Regional güc olan Türkiyə İranla ziddiyyətlərin olmasına baxmayaraq, İranın təcrid olunmasında maraqlı deyil. Lakin Fars /Ərəb Körfəzində Amerikanın hegemonluğunu nəzərə alsaq, İranın elə də çox imkanları yoxdur. Maraqlıdır ki, İran İslam İnqilabının 40 illiyi ilə Varşava Konfransı eyni vaxta düşür. Amerikalılar, səudiyyəlilər və israillilər bu ilin İran teokratik rejiminin son ili olmasını arzulayırlar. Maksimum iqtisadi təzyiq davam etdiriləcək. Körfəzdə yaranmış gərginlik də ola bilsin ki, artsın.

Müsahibəni götürdü: Elnur Məmmədli

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Hamısı