Rusiya Azərbaycanla hansı sazişi imzalamaqdan çəkinir? Elxan

Analitika 10:20 04.03.2019

"Rusiya işğal edilmiş Krımın “qanuniləşdirilməsinə” istiqamətləndirilmiş səylərini fəallaşdırıb. Bu təxribatlar müxtəlif formalarda həyata keçirilir. Krıma turist axını təşkil etməyə çalışır, Krımda istehsal olunan malların başqa ölkələrdə satışını təşkil edir, Krımı Rusiya ərazisi kimi göstərən xəritələri müxtəlif ölkələrə göndərirlər. Bu siyasəti Azərbaycanda da həyata keçirməyə çalışıblar və hər siqnal alınınca Azərbaycanın hüquq-mühafizə orqanları bu təxribatların qarşısını alıb".

Bunu Eurasia Diary-ə verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.

Ä°lgili resim

Rusiyadakı mərkəzlər, nəhayət, anlamalıdırlar ki, Krımın Rusiya ərazisi kimi tanıtdırılmasının Azərbaycanda həyata keçirilməsinə imkan verilməyəcək. Birincisi, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır, ikincisi, Azərbaycan özü separatçılıqla mübarizə aparır və başqa separatçılara öz ərazisində fəaliyyət göstərməyə imkan verə bilməz.

 

Buna baxmayaraq, Rusiyadakı bəlli mərkəzlər dayanmaq bilmirlər. Məsələn, Rusiya bu il müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda iqtisadi toplantılar və birgə forumlar keçirmək istəyir. Nümayəndə heyətlərinin tərkibinə Krımdan olan biznesmenlərin və layihələrin daxil edilməsi təşəbbüsləri istisna deyil. Diqqətli olmalıyıq. İstisna deyil ki, Rusiya sahibkarlarının Azərbaycana biznes-missiyası çərçivəsində (4-6 aprel 2019-cu il) işğal edilmiş Krımın biznes nümayəndələrini də daxil etməyə cəhd etsinlər. Belə təşəbbüslər olarsa, bunun qarşısı əvvəlcədən alınmalıdır.

 

Krımda ciddi sosial-iqtisadi problemlər hökm sürür, turizm sahəsində irəliləyiş yoxdur. Rusiyanın Krımı izolyasiyadan çıxarmaq və xarici dövlətlərlə əməkdaşlığa təşviq etməsi bu 5 ildə mümkün olmadı. Belə olan halda Kreml Krımı tanıtdırmaq üçün təxribatlara əl atır.

 

Bu arada, Azərbaycanın işğal altındakı torpaqlarında Rusiya və erməni şirkətlərin həyata keçirdiyi qanunsuz fəaliyyəti xatırlamaq yerinə düşər:

 

- İşğal edilmiş Qarabağda telekommunikasiyasını fəal şəkildə inkişaf etdirən MeqaFon Rusiya mobil rabitə operatoru;

 

- Erməni filialı olan Armentel şirkəti vasitəsilə separatçı Dağlıq Qarabağda mobil rabitə və internet xidmətləri göstərən Rusiyanın Beeline şirkəti;

 

- Ermənistan Elektrik şəbəkəsi (ENA) vasitəsilə Dağlıq Qarabağı elektrik enerjisi ilə təmin edən Rusiyada təsis edilmiş Tashir Group biznes-konqlomeratı. 2016-cı ilin aprelində baş vermiş “dörd günlük müharibədən” sonra isə Tashir

Group müharibə fəsadlarını aradan qaldırmaq üçün Dağlıq Qarabağ “hakimiyyətinə” 5 milyon dollar köçürüb;

 

- Rusiya şirkətlərinin Azərbaycanın işğal edilmiş ərazilərində faydalı qazıntıların axtarışı və qanunsuz hasilatında iştirakı (ekspert qiymətləndirilməsinə əsasən, işğal edilmiş ərazilərdə 1250 ton qızıl, 4550 ton gümüş, 1,86 mln ton mis və digər metal ehtiyatları var).

 

- Rusiyanın “Oil Cracking” şirkətinin Dağlıq Qarabağ iqtisadiyyatına yatırdığı 100 min dollardan çox sərmayə.

 

Bu siyahını uzatmaq da olar. Bəlkə elə buna görədir ki, Rusiya Azərbaycanla ikitərəfli sənədlərə işğal altında olan Azərbaycan ərazilərində qanunsuz fəaliyyət və qanunsuz məhsulların tədarükünün qadağan edilməsi haqqında müddəaları daxil etməkdən çəkinir. Belə bir saziş Azərbaycanla Ukrayna arasında mövcuddur. Rusiya isə separatçılara dəstək siyasətinə görə Azərbaycanla və digər dövlətlərlə oxşar saziş imzalamaq istəmir.

 

Milli Məclisdə müzakirələr zamanı bir qrup millət vəkili işğal edilmiş ərazilərdə təbii resursları hasil edən Rusiya şirkətlərini məsuliyyətə cəlb etməyə imkan verən qanun layihəsinin hazırlanması haqqında təşəbbüslər irəli sürüb. Bu təşəbbüslərin qanun halına gətirilməsinə ehtiyac var.

 

 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Hamısı