İslam coğrafiyasında yeni geosiyasi dəyişikliklər Müsəlmanları qıran "müsəlmanı" devirdilər

Analitika 12:46 12.04.2019

Sudandakı dövlət çevrilişi beynəlxalq siyasi gündəmi zəbt edən əsas mövzulardan biridir. Sudanda baş verənlər ona görə maraqlıdır ki, bu hadisələrdən İslam coğrafiyasında baş verən yeni geosiyasi oyunların “qoxusu gəlir”. Çünki son günlərdə Əfqanıstanda vəziyyət kəskinləşib, İran “dar boğazdan keçir”, Fələstin Qüds məsələsinin yükü altında “əzilir”, Əlcazairdə xalq hakimiyyəti dəyişir, Pakistanla Hindistan qarşıdurması şiddətlənir və Sudanda bir axşam ordu höküməti devirir...

sudan da askeri darbe ile ilgili görsel sonucu

 

Təbii ki, yuxardakı faktlar bizə onu deməyə əsas verir ki, “böyük güclər” İslam coğrafiyasında yeni dəyişiklikləri planlaşdırır. Ancaq əvvəlcə köklənək Sudana. Sudanın durumu ağır idi, həmdə çox. 2011-ci ildə Cənubi Sudan müstəqilliyini elan etdi. Təbii ki, bu qanlı döyüşlərin nəticəsində baş verdi. Hələ 1983-cü ildə başlanmış vətəndaş qarşıdurması Sudanın taleyini dəyişmişdi. İlk olaraq hadisələr Sudanın cənubundakı xristianlarla şimalda yaşayan müsəlmanlar arasında yaşanmış münaqişə kimi izah edilirdi. Sonralar münaqişə getdikcə dərinləşdi və 2003-cü ildə Darfurda yaşayan zənci müsəlmanlar da seprerat hərakatına qoşuldu. Sudan rejiminin reaksiyası sərt oldu. Nəticədə Darfur soyqırımı yaşandı və bu soyqırım müsəlmanların müsəlmanları qətl etdiyi ən dəhşətli qırğınlardan biri idi.

darfur katliamı ile ilgili görsel sonucu

 

2011-ci ildə ABŞ-ın da təzyiqləri nəticəsində Darfur problemi “həll edildi”. Bundan savayı Sudan iki yerə parçalandı və Cənubi Sudan müstəqil dövlətə çevrildi. Bu Şimalda qalan Sudan üçün yeni problemlərin başlanğıcı oldu. Sudanın əsas neft yataqları ölkənin cənubunda yerləşirdi və dövlətin əsas gəliri də təbii ki, bu enerji ehtiyatlarından təmin edilirdi. Ancaq Cənubi Sudan müstəqilliyini elan etdikdən sonra Sudanda ciddi iqtisadi böhran formalaşdı. Bir tərəfdən günü-gündən artan infilyasiya, bir tərədən valyuta qıtlığı, ABŞ embarqoları və s. sosial-iqtisadi problemlər Sudanı “çökdürdü”. Sonda xalqın səbr kasası daşdı. Sudanda bahar çox gecikmədi. Xalq küçələrə axışdı və azadlıq, rifah tələbləri yüksəldi. Ölkəni 30 ildir idarə edən Ömər əl Bəşirin edə biləcəyi heç nə yox idi. Bu ilk xalq çıxışları deyildi və Bəşir mitinqləri dağıtmaq əmri verdi. Son 3 ayda baş verən ixtişaşlarda 50-yə yaxın insan həlak oldu.

 

Bəs Ömər əl Bəşir kim idi? 1989-cu ildə bir dövlət çevrilişi ilə hakimiyyətə gələn bir xuntaçı zabit. Onun devirdiyi hökümət ABŞ-ın maraqlarına zidd siyasət yürüdürdü. Əl Bəşirsə ABŞ-ın siyasi oyunlarının qurbanı oldu. Formalaşdırdığı hökümət şəriət əsasında idarə edilən rejimə çevrildi. Bəşir qarşılaşdığı hər problemi zor gücünə həll edən bir lider oldu. 2003-cü ildə azadlıq və müstəqillik istəyən qara dərili müsəlmanlar olan Darfur xalqına etdiyi zülüm və törətdiyi soyqırımlara görə Beynəlxalq Hüquq Məhkəməsi 2009-cu ildə tarixində ilk dəfə olaraq hakimiyyəti davam edən bir dövlət başçısı haqqında həbs qərarı verdi. Təbii ki, Bəşiri həbs edən o dövrdə tapılmadı. Bəşir xüsusən Cənubi Sudanı ABŞ-ın dəstəkləməsindən sonra mövqeyini tamamilə Çin və Rusiya qütbünə yönəltdi. ABŞ-da əvəzində bu gün Venesuela və İrana qarşı tətbiq etdiyi sanksiyaları Sudana istiqamətləndirdi.

ömər əl bəşir ile ilgili görsel sonucu

 Sudanda xalqın hökümət əlehinə mitinqlərə çıxmasında da yenə ABŞ-ın rolu görünür. 3 aydır höküməti devirmək üçün müxtəlif aksiyalar keçirən müxalif hərəkatı sən demə, ABŞ maliyyələşdirirmiş. Hətta ABŞ-ın Sudandakı səfirinin müvəqqəti işlər vəkili (səfirdən sonra ikinci şəxs hesab edilir) Stiven Kutsis ictimai fəallarla birgə yürüşlərdə iştirak etmiş, ABŞ dəstəyini ifadə etmişdi.

Sudanda hökümət əlehinə keçirilən aksiyalarda qadınlar ön plana çıxdı. Alaa Salih adındakı qadın aktivistlərdən birinin mitinqlərdə maşınların üzərinə çıxaraq xalqı üsyana və inqilaba çağırması, onu Sudandakı xalq hərakatının simvollarından birinə çevirdi. Alaa Salih Sudanda məşhur bir ata sözü olan “qadının yeri evidir” i, qadının yeri inqilabdır şüarıyla əvəzlədi. Xüsusən sosial şəbəkələrdə müsəlman qadınların böyük dəstəyini qazanan bu qadın Bəşir hakimiyyətini “laxladan”lardan biri oldu və onun şüarları ilə minlərlə qadın mitinqlərə axışdı.

Bütün bunlarla birlikdə Sudanda siyasi ənənə dəyişmədi. 1989-cu ildə hərbi çevrilişlə hakimiyyətə gələn Ömər əl Bəşir, yenə bir hərbi çevrilişlə devrildi. Xalqın demokratik inqilabına əngəl olundu. Ordunun başında duran, müdafiə naziri Avad ibn Əfv vəziyyəti öz xeyrinə dəyişmək üçün xarici qüvvələrin də dəstəyini alaraq dövlət çevrilişini həyata keçirdi və Ömər Əl bəşir həbs edildi. (Qeyd etmək yerinə düşər ki, Avad ibn Avf Darfur soyqırımını törədənlərdən biridir) Hakimiyyəti devirən ordu iqtidarda olan Milli Konqres Partiyasının da ən qabaqcıl üzvlərini həbs etdi. 3 aylıq fövqəladə hal elan edildi. Iki illik “keçid dövrü” haqqında qərar qəbul edildi. Sudanda vətəndaşların demokratik dövlət arzusu yenə ürəklərində qaldı. İllərdir davam edən müharibələrdən, yoxsulluqdan və demoqrafik problemlərdən təngə gəlmiş xalq üçün əslində dəyişən bir şey olmadı. Xalq və onun etirazları yenə böyük güclərin siyasi oyunlarına altət oldu.

 

Rusiya Sudandakı çevrilişi öz maraqlarına vurulmuş bir zərbə olaraq nəzərdən keçirir. Rusiya Xarici İşlər Nazirirliyi ona görə də Sudanda baş verələri qınadı və demokratik praseduralara zidd olaraq hakimiyyət dəyişikliklərini pislədiklərini bildirdi. Çin ən çox narahat olan tərəf oldu. Çünki Çin Sudanı “Bir kəmər bir yol” layihəsinə qoşmağa illərdir səy göstərirdi. Çox qəribədir, nə zaman Çin şirkətləri Sudana investisiya qoymaq istəsələr ya çevrilişir olur, ya müharibə başlayır ya da Sudana embarqo qoyulur. Sudanın zəngin neft ehtiyatlarına malik olması və Afrikanın ən böyük 3-cü dövləti olması onu böyük dövlətlərin uğrunda mübarizə apardığı bir “geosiyasi maraq” halına gətirdi. Ona görə də 90-cı illərdə Sudandakı rejimi öz tərəfinə çəkə bilməyən ABŞ, 2000-ci illərdin əvvəlində Cənubi Sudanı (əsas neft ehtiyatları olan ərazi) qarışdırdı və buradakı radikal qrupları silahlandırdı. Nəticədə, Sudanı iki yerə parçaladı.

İslam coğrafiyasında baş verən geosiyasi dəyişikliklərin fonunda Sudan məsələsini nəzərədən keçimək zəruridir. Sudan, Əlcəzair, Əfqanıstan və Liviya yenidən alovlanır. Sudanda və Əlcəzairdə hakimiyyət dəyişir, Əfqanıstan və Liviyada döyüşlər intensivləşir. İslam coğrafiyasında radikal dəyişikliklər baş verir. Təəsüf ki, eynən ərəb baharında olduğu kimi, hazırki vəziyyət də müsəlman xaqlarına pozitiv heç nə vəd etmir.

 

Nicat İsmayılov

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı