"Zurabişvili Rusiyanın əlində alətə çevrilib" - Gürcüstanlı deputat Təxribatları yaradan üçüncü tərəf var...

Analitika 11:52 14.05.2019

Təəssüf ki, artıq həftələrdir müzakirə edilən Gürcüstan-Azərbaycan münasibətləri getdikcə gərginləşir. Doğrusu, bu gərginləşmə dövlət başçıları və hökümət üzvləri səviyyəsində deyil, xalqlar arasında müşahidə edilməkdədir. Buna səbəbsə hər iki ölkədə həyata keçirilən təxribatlardır. Bu təxribatların kortəbii və ya hansısa mərkəzdən planlaşdırılmış surətdə həyata keçirildiyi müəyyən deyil. Ancaq bir şey bəllidir ki, kiçik bir məbəd barədə Gürcüstan prezidentinin bəyanatından yaranan problem getdikcə xalqların arasında ziddiyətə çevrilir. Və problem ondadır ki, bu ziddiyət xalqlara üçücü bir aktor tərəfindən aşılanır.

 

Biz artıq Gürcüstanın ağlı başında olmayan, Azərbaycana qarşı qərəzli münasibəti olan, Rusiyadan maliyyələşən və şəxsi reytinqi xətrinə öz ölkəsinin milli maraqlarını satmağa hazır olan dırnaqarası ictimai xadimlərin Azərbaycanla sərhəddə, Keşikçidağın ətrafında həyata keçirməyə çalışdıqları təxribatlara alışmışdıq. Ancaq bu dəfəki təxribat sərhəddə deyil, şəhərin mərkəzində, Bakıda, Şəhidlər xiyabanın iki addımlığında həyata keçirildi. İki nəfər gürcü olduğunu iddia edən adam əllərində plakatlarla şəkil çəkdirib sosial şəbəkədə yaydılar. Plakatda yazılan sözlər açıq-aşkar bu şəklin provakasiya məqsədilə çəkildiyini sübuta yetirir. Belə ki, plakatda yazılmışdı ki, “David Qarace (Keşikçidağ) Gürcüstanındır”.

Əvvəla, onu qeyd etmək lazımdır ki, bu təxribatda ancaq iki çörəyi dizinin üstündə olan gürcünü günahlandırmaq olmaz və bundan sonra da bu kimi məsələlərdə təhlükəsizlik orqanlarımız daha diqqətli olmalıdır. Gələk o gürcülərə. Çoxguman onlar ağılsız və yaxud “ağıllı” turistlərdir. Bəlkə də, hansısa ölkənin xüsusi xidmət orqanlarına çalışırlar. Dağlıq Qarabağ münaqişəsi yeni-yeni formalaşanda azərbaycanlılarla ermənilər arasında da buna bənzər süni təxribatlar yaradırdılar. Hədəf bəlli idi, xalqı xalqa qırdırmaq, parçalamaq, hökm sürmək. O, zaman iki xalq bunu başa düşməmiş və erməni faşizminin Xocalı və Qaradağlı təzahürləri ilə problem milli münaqişəyə eskalasiya etmişdi. İndi gürcü və azərbaycanlılar arasında da problemlər yaratmaq üçün bənzər təxribatlara üçüncü qüvvələrin əl atması kifayət qədər inandırıcıdır.

Bu arada qeyd etmək yerinə düşər ki, son təxribatlara münasibət bildirən politoloq Elxan Şahinoğlu qeyd edib ki, “Gürcülər artan təxribatları ilə elə etdilər ki, bundan sonra sərhəd məsələsində güzəşt mümkün deyil”. Əslində çox yerində söylənilmiş bir fikirdir. Və təxribatların məqsədini ifadə edir. Təxribatlar da məhz buna görə həyata keçirilir ki, tərəflər güzəştə getməsin və münasibətlər daha da kəskinləşsin.

 

Bəs nə üçün iki dövlətin arasında bu tipli süni problemlər yaradırlar?

Çünki böyük güclər Cənubi Qafqazda nəzarəti itirib. Gürcüstanda və Ermənistanda klassik hakimiyyətlər devrilib. Azərbaycanda isə hakimiyyət heç vaxt bir qütbə istiqamətlənən siyasət yürütməyib. Xüsusən son dövrlərdə Rusiya ilə münasibətlərdə hiss edilən soyuqluq buna misal ola bilər. Belə bir dövürdə də Azərbaycan Avropa İttifaqı ilə yeni saziş bağlamaq üçün “qollarını çirmələyib” iş görür. Qarabağ problemi ətrafında danışıqlar intensivləşir və Paşinyanın bu barədə bir dediyi, digər dediyini tutmur. Azərbaycan de fakto Cənubi Qafqazın liderinə çevrilməkdədir. Əgər Qarabağ problemi də Azərbaycanın xeyrinə həll edilsə regionda onun qarşısını almaq qeyri-mümkün olacaq. Bu stuatsiyada təbii ki, böyük güclər başı yeni problemlərə qatmaq və köhnə taktikalara əl atmaqla yeni münaqişələr formalaşdırmağa çalışırlar. Məqsəd bəllidir, “Güclü və bütöv Azərbaycan böyük güclərin maraqlarına ziddir”. Ona görə də Azərbaycan heç bir ölkəylə problemini həll etməmiş, başqa bir dövlətlə arasında süni problemlər yaratmağa çalışırlar. Həmçinin “Böyük güclər” arasındakı savaşın yeni geosiyasi mərkəzlərindən biri də Cənubi Qafqazın olacağı gözlənilir. Ona görə də bu gün Cənubi Qafqazda sabitliyi qorumaq həmişəkindən daha çətindir.

Maraqlıdır ki, Gürcüstanla yaşanan bu gərginliyin memarı birbaşa Xanım Zurabişvilidir. Axı, nə məcbur idi ki, sərhəddə qədər gəlib, Keşikçidağ monastrı haqda bəyanat vermək və təcili delimitasiya tələb etmək. Axı, enerji asılılığın olduğu, 600 mindən çox soydaşının sənin ölkəndə yaşadığı, hər dar günündə sənə əl tutan, Rusiya ilə müharibə edəndə sənə qaz, işıq, “çörək verən”, sənin ərazi bütövlüyünü Rusiyaya rəğmən dəstəkləyən və səni daxil olduğu hər beynəlxalq layihədə strateji tərəfdaşa çevirən bir dövlətlə belə bir mənasız problem sənin nəyinə gərəkdir?!

Bu sualı Gürcütsanda yaşayan və Gürcüstan parlamentinin üzvü olan həmyerlimiz Azər Süleymanova yönəltdik. A. Süleymanov qeyd etdi ki, Zurabişvili hələ prezident olmadan əvvəl Azərbaycanın və azərbaycanlıların əlehinə bəyanatlar səsləndirmişdi. Onun mövqeyi əvvəlcədən bəlli idi və çoxları da bilirdi ki, o prezident seçilsə Azərbaycanla Gürcüstan arasında problemlər yaşana bilər. Belə ki, Prezident seçkilərində Zurabişvili Gürcüstanın azərbaycanlılar yaşadığı heç bir bölgədən səs ala bilmədi. Çünki daim türkləri, azərbaycanlıları aşağılayıcı fikirlərlə təhqir edib, ermənilərin tərəfini tutub. 

Deputatlardan Gürcüstana etiraz

Prezident seçkisi öncəsi seçicilərlə keçirdiyi bütün görüşlərdə deyirdi ki, Saakaşvilinin prezidentlik zamanında azərbaycanlılara xüsusi diqqət, qayğı vardı, ermənilər isə sıxışdırılırdı. Belə fikirlər söyləməklə Gürcüstanda yaşayan ermənilərin sevgisini qazana bildi və prezident seçildikdən sonra Axalkalakidə separatçı Avakyana büst qoyuldu. Zurabişvili ermənilərə verdiyi vədlərini bu gün yerinə yetirir. Azərbaycana səfəri çərçivəsində də “Keşçikçi Dağ”la bağlı məntiqsiz fikirlər söyləmişdi. Bakı səfərini başa vurub vətəninə döndükdən sonra da fikirlər səsləndirib. Onun Azərbaycana qarşı qərəzli mövqeyindən ruhlanan iki ağılsız siyasətçimiz də (Şalva Natelaşvili və İrkali Okruaşvili) düşünmədən xalqımıza qarşı təhqiramiz fikirlər söyləyiblər. Zurabişvilinin mövqeyi tarixən qonşu olan Azərbaycan və Gürcüstan arasında münasibətlərə kölgə salmaqdır. Bütün bunlardan sonra sərhəd ərazilərdə təxribatların sayı artıb. Bu hadisələrdən sonra millət vəkil kimi hər iki ölkənin rəhbərliyinə, xalqlara müraciət etdik ki, təxribatlara uymasınlar, Zurabişvili kimi legitim prezidentə imkan verilməməlidir ki, elə təxribatçılıqlara yol verib xalqlarımızın dostluq münasibətlərində çat yaratsın.

 

Zurabişvilinin müsəlmanları görməyə gözü yoxdur. Zurabişvili Gürcüstanı qonşularla və dünya ilə münasibətlərini pisləşdirəcək. Rusiyanın əlində bir alətə çevrilib, artıq rəsmi Mockva Gürcüstandakı iri neft şirkətlərini öz inhisarına alıb, məqsəd SOCAR-ı zəiflətməkdir. (Burada həmsöhbətimə bir sual ünvanladım, Zurabişvili Moskvanın adamıdır? Cavab: Zurabişvili İvanişvilinin “adamı”dır. İvanişvilini isə Rusiya ilə çox hadisələr bağlayır)

 

Nicat İsmayılov

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO

Xəbər xətti

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIR
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Hamısı