Rusiyadan Ermənistana Qarabağ xəbərdarlığı savaş ola bilər

Analitika 09:48 25.06.2019

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə bağlı İrəvanda narazılıq pik həddə çatıb. Ermənistan XİN-ə çağırılan səfirə xəbərdarlıq edilib, ona "ölkənin daxili işlərinə müdaxilənin yolverilməz olduğu" söylənib.

Səbəb barədə yazmışdıq: S.Kopırkin Ermənistanın sabiq prezidenti, cinayət məsuliyyətinə cəlb olunan və İrəvandakı Nor Nork məhkəməsnin qərarı ilə zaminə buraxılan Robert Köçəryanla görüşüb. Bu görüşdən sonra S.Kopırkin Ermənistan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanla bir araya gəlib və ona açıq şəkildə deyib ki, R.Köçəryanın həbsini Moskva "arzuolunmaz səhv" sayır, Köçəryanın özünü isə "Moskvanın sadiq dostu" saymaqda davam edir.

Digər tərəfdən, ötən həftə Gürcüstanda başlamış etiraz aksiyaları Ermənistana birbaşa təsir etməyə başlayıb. Rusiya Dövlət Dumasının deputatının Gürcüstan parlamentində çıxışından sonra Tiflisdə başlayan aksiyaların aşkar xarici siyasət konteksti olsa da, onlar Gürcüstanın çox ciddi daxili siyasət probleminə çevriliblər.

Çünki Tiflisin mərkəzinə toplaşan insanlar oliqarx Bidzina İvanişvilini hədəfə alsalar da, Mixail Saakaşşvilinin tərəfdarlarını da fitə basırlar.

Üstəlik, Tiflisdəki aksiya iştirakçıları ölkədə növbədənkənar parlament seçkilərinin də keçirilməsini tələb etməyə başlayıblar.

Təbii ki, siyasətdə mexaniki paralellər primitivlikdir və hər prosesin öz xüsusiyyətləri var. Digər tərəfdən, unutmayaq ki, qloballaşan dünyada hətta müxtəlif ölkələrdəki daxili siyasi proseslərin də ümumi, oxşar məntiqi var.

Britaniyadakı "Breksit"də, ABŞ-dakı prezident seçkilərində Donald Trampın qələbəsində və Fransada Emmanuel Makronun dövlət başçısı seçilməsində zühur edən populizm trendi Ermənistanda tətbiq edilmiş ssenariyə görə, sən demə, İrəvan küçələrində də yaşanıb və nəticədə də Nikol Paşinyan hakimiyyətə gətirilib.

Ermənistandakı proseslər Gürcüstanda təkrarlanır və yenidən İrəvana qayıdır.

Rustaveli prospektinə toplaşanlar Bidzina İvanişvilinin komandasının istefasını tələb etməklə bir mərkəzdən idarə olunmadıqlarını göstərməyə çalışırlar.

Ermənilər də ürəkləniblər. Məhz Tiflisdəki hadisələrdən sonra Ermənistanda Rusiyanın ölkəyə təsir imkanları ilə bağlı spontan müzakirələr başlayıb. Müzakirələrdə vurğulanır ki, Ermənistanda N.Paşinyanı baş nazir edən və "inqilab" adlanan aksiyalar əslində xarici kontekstdən məhrum olduğundan çox pis fəsadlara səbəb olub.

Təbii, Ermənistanda Serj Sarqsyanın qorxaraq qaçmasından fərqli olaraq, B.İvanişvili Gürcüstanda hakimiyyəti asanlıqla əldən verən deyil. Tiflisdəki hakimiyyətin siyasi dalandan çıxmaq üçün hələlik resursları var.

Məhz bu səbəbdən də Ermənistanda N.Paşinyanı devirəcəklərini düşünənlər yanılırlar, çünki xarici siyasət məsələlərində, xüsusilə də Dağlıq Qarabağ problemi ilə bağlı erməni parlamentində düşmənlər belə, eyni mövqe tuturlar.

Sadalanan səbəblər İrəvanın davranışına ciddi təsir göstərir.

Belə ki, Ermənistan Respublika Partiyası ölkədə müşahidə olunan anti-Rusiya isteriyasından bəhrələnmək fikrinə düşərək Rusiyanın ölkədəki səfiri S.Kopırkinin fəaliyyətini arzuolunmaz saydığını bəyan edib.

"Əgər S.Kopırkin Ermənistan XİN-ə çağırılaraq xəbərdarlıq alandan sonra da ölkənin daxili işlərinə qarışmağa davam edərsə, onun "persona non-qrata" elan edilərək ölkədən qovulmasını tələb edəcək, bu tələblə Rusiya səfirliyyi qarşısında aksiyalar keçirməyə başlayacağıq", - partiyanın açıqlamasında deyilir.

Ermənistan Respublika Partiyasının hansısa aksiyası ilə təbii ki, səfir qovulası deyil. Lakin belə tələbin ətrafında siyasi və ictimai diskursun yaranacağı şübhəsizdir.

S.Kopırkinin "hədəf"ə alınmasının səbəbi onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son bəyanatıdır. Belə ki, səfir İrəvanda jurnalistlərin suallarını cavablayarkən demişdi ki, Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların başlanmasını Rusiya əsla arzulamır və bunun üçün də Ermənistanın danışıqlar prosesindəki mövqelərinin korrektəyə, düzəlişlərə ehtiyac duyulur.

Açıqlama İrəvanda pərişanlıq və təlaş qarışıq isteriya yaradıb.

Erməni siyasətçilər və hakimiyyət mənsublarının dediklərinə görə, Moskvanın Ermənistana ultimatumu kimi səslənən fikirləri açıqlayan S.Kopırkin İrəvana təzyiq göstərir, Azərbaycanı aşkar şəkildə dəstəkləyir.

Erməni siyasətçilər və ekspertlər hesab edirlər ki, Nikol Paşinyanın "Regionda vəziyyətin gərginləşməsinə yol verməmək üçün Rusiya bütün rıçaqlara malikdir" bəyanatı ilə S.Kopırkinin açıqlaması ziddiyyət təşkil edir. Daha doğrusu, Dağlıq Qarabağ münaqişəsi zonasında yeni hərbi əməliyyatların başlayacağı təqdirdə Rusiya heç bir məsuliyyət daşımayacağını vurğulayır.

Rusiyalı politoloq Aleksandr Skakov isə hesab edir ki, Rusiya yeni hərbi əməliyyatların başlamasını istəmir, lakin Moskvanın Azərbaycana təsir imkanları həddən ziyadə azdır.

"Gərginlik ehtimalına gəldikdə isə, bu, gözlənilən idi. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişin olacağına ümidlər vardı. Alınmadı və bu ümidlərin illüzor olduğu bilindi. Hər şey əvvəlki taktikaya qayıdıb. Yeni heç nə yoxdur", - A.Skakov deyib.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfərindən sonra Azərbaycan və Ermənistanın XİN başçılarının Vaşinqtondakı görüşünədək vəziyyət gərginləşib.

Ermənistan sürəkli olaraq atəşkəs rejimini pozur, erməni snayperlər fəallaşıblar, Dağlıq Qarabağda və Azərbaycanın işğal edilmiş digər ərazilərindən ermənilər təlimlər keçirirlər.

Bütün bunlar genişmiqyaslı hərbi əməliyyatlara səbəb ola bilərmi?

Ekspertlərin fikrincə, Ermənistanın mövqelərinin aqressivləşməsi payızda yeni toqquşmaya səbəb ola bilər. Fəqət, bunun reallaşma ehtimalı çox azdır.

"The Workshop of Eurasian Ideas Foundation"un Ekspertlər Şurasının üzvü, təhlükəsizlik, xarici siyasət və müdafiə məsələləri üzrə ekspert Qriqori Trofimçüksa hesab edir ki, Ermənistanın aqressiv ritorikası İrəvanın əleyhinə işləyir.

"Bu səbəbdən Vyana və Sankt-Peterburqda əldə edilmiş bəlli razılaşmalara dönüş istisna deyil. Həmin razılaşmalar hazırda aktiv müzakirə olunur. Lakin müzakirələrin konkret sonucunu təxminləmək asan deyil. ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar, görüşlər və müzakirələr 2050-ci ilədək davam edə bilər.

Bu, effektiv yol deyil. Fikrimcə, danışıqlar prosesi aktivləşməli, Minsk Qrupunun fəaliyyətinin özünə nəzarət olunmalıdır. Belədə münaqişə zonasında vəziyyət tədricən dəyişərdi", - Q.Trofimçnk söyləyib.

Payızda savaşla bağlı "təxminlər"i səsləndirməklə rusiyalı ekspertlər İrəvandakı hakimiyyətə messic verir, Rusiyanın səbr kasasını daşdırmamağa işarə vururlar.

Savaş yalnız Dağlıq Qarabağ və işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi yox, həm də Ermənistanın kollapsı ola bilər.

Moskva İrəvana bunu anlatmağa çalışır.

Elçin Alıoğlu
Milli.Az

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Hamısı