Qarabağımıza beynəlxalq səviyyədə hörmətsizlik Ard-arda gələn zərbələr

Analitika 17:00 08.07.2019

İki gün əvvəl Fransanın Martiq şəhərində Azərbaycanın işğal altındakı torpaqlarında qondarma separatçı-terrorçu rejimə dəstək  məqsədli konsert verilib. Xankəndidəki erməni nəşrlərinin yaydığı məlumata görə, bu  tədbir  “Artsaxa azadlıq və sülh”  devizi altında keçirilib. 1600 nəfərin iştirak etdiyi konsert ATƏT həmsədri olan ölkədəki erməni təşkilatlarının təşəbbüsü ilə təşkil edilib. Səhnənin üzərində qondarma erməni rejiminin "bayrağı" asılıb... 

Konserti keçirməkdə ermənilərin məqsədi separatçı rejimin “azadlıq” və  “Azərbaycanın təzyiqləri altında olsa da, beynəlxalq səviyyədə tanınma cəhdi”nin  Fransa ictimaiyyətinə çatdırmaq olub.  Tədbirdə Martiq şəhərinin meri separatçı-terrorçu rejimin Fransadakı nümayəndəsi ilə birgə iştirak edib.

Azərbaycan isə bu məsələdə hələlik rəsmi mövqeyini ifadə etməyib. Zatən etsə nə olacaq?! Adamlar rahat-rahat gedib, konsertlərini keçirib, bayraqlarını qaldırıb, gəlib. Lakin nə Fransadakı səfirliyimiz, nə Fransadakı diaspora qurumlarımız, nə də hər hansısa bir orqanımız buna əngəl olmağa cəhd belə etməyib.

Bu tədbirin ATƏT-in Minsk qrupunun üzvü olan ölkədə keçirilməsi məsələni daha da mürəkkəbləşdirir. Fransa hakimiyyəti ölkəsində seperatçı təbliğatın aparılmasına göz yumaraq necə Qarabağ konfliktinin həllində vasitəçi ola bilər?

Görünən odur ki, erməni lobbisi hər zaman olduğu kimi fəaldır və çalışır. Çalışır ki, bir vaxtlar soyqırım, qırğın və terror aktları hesabına Azərbaycandan qopardığı Qarabağın müstəqilliyini dünyaya tanıtdırsın. Biz isə həmişəki passivliyimizdəyik. Bilmirik, Görmürük, Danışmırıq, SUSURUQ...

 

Ermənilərsə qondarma “DQR”-in müstəqilliyini dünyaya tanıtmaq üçün bütün siyasi imkanlardan, istifadə edir, güclü lobbi qrupları vasitəsilə bir çox uğurlara imza atırlar. Fransada ermənilərin “Artsax bayrağı” qaldırması Qarabağ məsələsində Azərbaycana qarşı edilən və göz yumulan ilk həqarət deyildi. Paşinyanın cənub qonşumuz İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində Tehrandakı ermənilərlə görüşündə də yenə bir bayraq skandalı yaşanmışdı.

Məsələ ondan ibarətdir ki, biz Qarabağla bağlı haqlı mövqeyimizi inadla və inamla qoruyur və beynəlxalq aləmdən bu mövqeyə dəstək, hörmət gözləyirik, lakin təəssüflər olsun ki, ardıcıl həqarət və zərbələrlə üz-üzə qalırıq.

Ötən həftə sosial şəbəkələrdə Azərbaycan türkcəsində aydın danışan bir neçə şəxsin işğal altındakı Şuşa  şəhərindəki İsa bulağında yeyib-içməyə hazırlaşdıqlarını təsvir edən video-görüntülərin yayılması ən böyük rəzalətlərdən biri idi.  Həmin video-görüntülərin məhz İsa bulağında çəkildiyini şuşalılar da təsdiqlədi.

 

Qeyd edək ki, separatçı-terrorçu erməni rejiminin rəhbərliyi bir neçə dəfə bəyan edib ki, azərbaycanlılar, o cümlədən məcburi köçkünlər işğal altındakı torpaqlarımıza ya turist kimi, ya da rejimin “vətəndaş”lığını qəbul etdikdən sonra “sərbəst gəlib-gedə bilərlər”. Ona görə də videoların təxribat xarakterli olması faktı da istisna edilmir. 

Lakin istənilən halda belə bir video yayıldı. Və bütün dünya gördü ki, sən demə azərbaycanlılar sərbəst Qarabağda gedib istirahət edə bilərmiş. Üstəlik əgər doğurdan da bu video təxribat xarakterli deyilsə və ora gedənlər öz azərbaycanlılarımızdısa bu daha böyük rəzalətdir.

 

Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyinə qarşı edilmiş növbəti hörmətsizlik Fransanın dünyaca məşhur Frans-24 televiziyasından gəldi.

france 24 ile ilgili görsel sonucu

 

Frans-24 televiziyası 11 iyunda ispan dilində Azərbaycanın işğal edilmiş əraziləriylə bağlı reportaj hazırladı.

Reportajı Ebol Bon və Dieqo Araba hazırlayıb. Reportajın hazırlanmasına texniki və təşkilatı dəstəyi Ermənistanın Avropa Dostları Təşkilatı göstərib. Bu ada bir daha diqqət çəkmək istərdim: “Ermənistanın Avropa Dostları Təşkilatı”. Ermənistanın Avropa Dostları Təşkilatı Brüsseldə yaradılıb. Təşkilatın məqsədi Ermənistan və AB arasında körpü yaradılmasıdır.

Onu da qeyd edək ki, jurnalistlərin Azərbaycanın işğal edilmiş ərazilərinə Bakının izni ilə gəldikləri haqqında heç bir məlumat yayılmayıb.

 

Bir rəzalət də Türkiyədən...

8 iyunda Ermənistan hökuməti yanında idman, mədəniyyət və turizm təşkilatının keçmiş rəhbəri İşxan Zakaryan başda olmaqla bir qrup erməni ictimai xadimin Türkiyənin Qars şəhəri bələdiyyəsi tərəfindən qəbul edildi.

Türkiyə mənbələrinin xəbərinə görə heyətə Zakaryanla yanaşı Yerevan Dövlət Universitetinin tarix fakültəsinin dekanı Edik Minasyan, fakültənin dosenti Aşot Soqomonyan və digərləri daxil olub. İşxan Zakaryan Ermənistanın Hesablama Palatasının keçmiş rəhbəri və hökumət yanında mədəniyyət, turizm və idman komitəsinin rəhbəri olub, “Çiçəklənən Ermənistan” partiyasının üzvüdür. Hərçənd türk mənbələri onu mədəniyyət, turizm və idman komitəsinin indiki rəhbəri kimi təqdim edir.

Qeyd edək ki, səfərdə iştirak edən Edik Minasyan və Aşot Soqomonyan Qarabağın ermənilərin tarixi torpağı olmasıyla bağlı onlarla məqalə və kitabların müəllifləridir.

Təbii ki, Qars şəhərində bir qrup azərbaycanlı tələbə və müxtəlif təşkilat üzvləri buna etiraz etdilər, ancaq Türkiyə parlamentində Qars bələdiyyəsinin bu özbaşına hərəkətlərinə niyə reaksiya gəlmədi? Nə üçün Qarabağın erməni torpağı olduğunu sübuta yetirməyə çalışan bir qrup erməni alim Qarsda, türk torpağında təmtəraqla qəbul edilməlidir?

 

Rumınyalı deputatdan sərsəm açıqlama

29 mayda isə Rumıniyalı deputatın Qarabağ konlikti ilə bağlı sərsəm açıqlaması isə rəzalətdən daha çox düşmənçiliyi özündə ehtiva edirdi. Belə ki, Rumıniyanın Ticarət-Sənaye Palatasının üzvü Afanasi Tyudor Cumhuriyyət bayramımızdan bir gün sonra, təbrik mesajı verərmiş kimi, Qarabağ münaqişəsi ilə bağlı qalmaqallı fikirlər səsləndirdi.

Afanasi Tyudor ile ilgili görsel sonucu

O, Milli Məclisdə (MM) keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Qarabağ problemini “qarışıq məsələ” adlandıraraq deyib ki, Azərbaycan Qarabağı azad edərsə, işğalçı dövlət olacaq:

“Siz deyirsiniz ki, Qarabağ sizindir. Amma o ərazilər hazırda Ermənistanın nəzarətindədir. Əgər siz Qarabağı işğaldan azad etsəniz, onda işğalçı kimi tanınacaqsınız, işğalçı kimi qəbul ediləcəksiniz...”

Bu yerdə bildirək ki, Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsinin miqdarı 267 milyon dollardan artıqdır. Rumıniyanın enerji təminatı üç dövlətdən ixrac edilən neft və qaz hesabınadır ki, bu üç dövlət Azərbaycan, Rusiya və Qazaxıstandır.

İnanılmazdır, enerjilə təmin etdiyimiz dövlətin deputatı bizi az qala işğalçı adlandırır…

Qeyd edək ki, bu açıqlamadan bir müddət sonra deputat Azərbaycandan üzr istəyib.

 

Daha iki zərbə isə ABŞ və BMT-dən

kolorado ştatı ile ilgili görsel sonucu

 

ABŞ-ın Kolorado ştatı bu ilin aprel ayında qondarma “Dağlıq Qarabağ Respublikasının” müstəqilliyini tanıyır. Bununla da Kolorado ştatı işğalçı rejimin müstəqilliyini tanıyan sayca 9-cu ABŞ ştatı olur.

 

BMT-nin rəsmi saytında yayımlanan Ermənistanın son hesabatında saxtakarlığa yol verilib. Belə ki, saytda qondarma “Dağlıq Qarabağ Respublikası"nın hesabatı da yerləşdirilib. Sənəddə saxtalaşdırılmış məlumatlar və təhrif olunmuş tarixi faktlar yer alıb...

Uzun sözün qısası, artıq Fransada “Artsax” konsertləri, hansısa dövlətin işğalçılara hərbi yardımları və s. bizi təəccübləndirməməlidir. 25 ildən artıq aparılan sülh danışıqlarının nəticə vermədiyi göz qabağındadır. Odur ki, taleyimizi dəyişməyi bacarmalı, cəsarətlə və inamla torpaqlarımızı işğaldan azad etmək üçün savaşmalıyıq. Mövcud siyasi şərait bizi buna vadar edir…

 

Politoloq və tədqiqatçı jurnalist: Nicat İsmayılov 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Fransada polis partiya qərargahına basqın edib
17:21 09.07.2025
Tramp Putin və Si Cinpini Moskva və Pekini bombalamaqla hədələyib?
17:06 09.07.2025
PKK-nın da tərksilah edilməsi türk dünyasına necə təsir edəcək?
16:51 09.07.2025
Osimhen transferi nə vaxt elan ediləcək? - "Qalatasaray" rəsmisi açıqlama verdi
16:35 09.07.2025
Əraqçı Səudiyyə şahzadəsini region üçün misilsiz təhlükə barədə xəbərdar etdi
16:20 09.07.2025
"Ukraynadakı münaqişənin həlli üçün diplomatik imkanlar tükənib"
16:05 09.07.2025
Şantajla məşğul olan gənclər yaxalandı
15:50 09.07.2025
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
15:35 09.07.2025
Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
"Moskva Bakı ilə hüquq-mühafizə orqanları xətti ilə əlaqə saxlayır"
14:55 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Rəsmi Bakı İranın Ermənistandakı səfirinə cavab verdi
13:24 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
Hamısı