““Qara qutu”dan hansı məlumat çıxacaq, onu heç kim bilmir” Polkovnik

Analitika 15:20 27.07.2019

“Pilotumuzun Rusiya tərəfindən vurulması təstiq olunmayıb. O elə belə sözdür. Ümumiyyətlə onlar şaiələrdir. Komissiya işləyir. Dövlət komisiyasında mütəxəssislər oturub  və o mütəxəssizlər rəy verəcəklər”.

Bu barədə Eurasia Diary-ə açıqlamasında hərbi ekspert, polkovnik Şair Ramaldanov Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 döyüş təyyarəsinin Xəzər dənizi üzərində Rusiya tərəfindən vurulması barədə iddialara münasibət bildirərkən deyib.

“Təyyarənin “qara qutu”su hələ tapılmayıb, oradakı məlumatı hələ heç kim oxumayıb. Yəni komissiya işləyib qərar çıxarandan sonra bilmək olacaq ki, səbəb nədir. MİQ-29 əgər Rusiya tərəfindən vurulsaydı, artıq dövlət tərəfindən bəyanatlar da  olacaqdı, Xarici İşlər Nazirliyi nota verəcəkdi və s. Bilirsiniz ki, vurulmaq başqa cür olur. Ya silahla, ya da raketlə. O ki qaldı digər versiyalara, indi bu saat çoxlu versiyalar irəli sürülür. Onlar sadəcə bir ehtimaldır. Ancaq ki, fakt deyil”, - deyən polkovnik hərbi təyyarəmizin vurulma ehtimalının sosial şəbəkələrdə və saytlarda müzakirə edildiyini də bildirib:

“Yenə deyirəm, o sadəcə ehtimaldır.  100 ehtimal ola bilər, amma gerçək bir olur. Ona görə əlbəttə ki, Azərbaycan dövləti də, yaradılan komissiya da, müdafiə naziri də, hamısı maraqlıdır ki, təyyarənin necə dənizə düşməsini səbəblərini öyrənsinlər, aydınlaşdırsınlar. Ancaq bunun üçün vaxt lazımdır. Üzeyir Cəfərovun Azərbaycan təyyarəsinin Rusiya tərəfindən vurulması barədə verdiyi məlumatı oxumuşam. Orda yazılıb ki,  bir versiya kimi buna baxmaq lazımdır və komissiya bu versiyanı da  nəzərdən keçirsin. Əlbəttə, komissiya bütün versiyaları nəzərdən keçirəcək. Ancaq ki, “qara qutu”da hansı məlumat çıxacaq, onu heç kim bilmir. Təyyarənin yeri deyirlər ki, bəllidir. Komissiyanın iştirakı ilə “qara qutu”da olan yazılar oxunmalıdır. Ondan sonra komissiya rəy verəcək ki, bu təyyarə nədən qəzaya uğrayıb”.

Qeyd edək ki, hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov dünən özünün feysbuk hesabında Azərbaycana məxsus qırıcı təyyarənin Rusiya tərəfindən vurulduğunu bildirib.

"Azərbaycan Müdafiə Nazirliyinin pilotu və MiQ-29 döyüş təyyarəsi Rusiya Müdafiə Nazirliyinin Cənub Qoşunlarının tərkibinə daxil olan Xəzər Donanmasının hərbçiləri tərəfindən səhvən radioelektron avadanlıqların istifadəisi ilə sıradan çıxarılıb. Baxmayaraq ki, Rusiya tərəfinin də məlumatı var idi ki, bizim hərbi pilotlarımız gecə uçuşları həyata keçirəcəklər. Sadəcə, axşam saat 22 radələrində Rusiya tərəfinin hərbçiləri ya bilərəkdən, ya da bilməyərəkdən (bunu yalnız istintaq qrupu araşdıra və dəqiq qiymət verə bilər) ən müasir REM vasitələrini işə salaraq MiQ-29 təyyarəsinin fəaliyyətini iflic ediblər. Bu məlumatı mənə ölkəmizdən kənar çox mötəbər bir hərbi diplomat bir neçə saat bundan əvvəl verdi. Və sizi tam əmin edirəm ki, hadisənin baş vermə vaxtı və iyulun 18-dən rusların məhz Xəzər dənizinin Şimal istiqamətində təyyarəmizin qəzaya uğradığı ərazinin lap yaxınlığında REM qoşunlarının genişmiqyaslı hərbi təlimlər keçirməsi ilə birbaşa əlaqəsinin olması Azərbaycanın MiQ-29 təyyarəsinin ya qəsdən, ya da bilməyərəkdən "söndürülməsi" versiyasını tam əsaslandırır", - deyə Ü.Cəfərov qeyd edib.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Təyyarənin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.

 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Hamısı