Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədə paylaşdığı son statusda Rusiya ilə Ukrayna arasında girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təqdir edib. “Girovların dəyişdirilməsin Rusiya ilə Ukrayna arasında sülhün əldə olunmasına dəstək olacağına ümid edirik” cümləsini yazan Paşinyan iki xalq arasında münasibətlərin bərpasının alternativi olmadığını bildirib.
Eurasia Diary xəbər verir ki, bu sözləri Altas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu özünün facebook səhifəsində yazıb.
"İndi bizdən nə tələb olunur? Azərbaycan Xarici İşlər Nazirliyi təkrar bəyanatlar yayınlamaqdansa yaradıcı yanaşma ortaya qoyaraq Paşinyanın son statusundan bəhrələnsin. Paşinyan statusunda girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini tərifləyib. Biz də onun bu statusuna istinad edərək Dağlıq Qarabağdakı 2 girovumuzun bizim əlimizdə olan eyni sayda Ermənistan vətəndaşına dəyişdirilməsini İrəvana təklif edək".