Peru yığmasının hücumçusu Xose Paolo Gerrerodan götürülən dopinq-test müsbət nəticə verib.
FİFA futbolçunu 30 günlük bütün turnirlərdən kənarlaşdırıb.
Gerrerodan dopniq-test DÇ-2018-in seçmə mərhələsində Argentina ilə keçirilən oyundan (0:0) əvvəl götürülmüşdü.
Braziliyanın "Flamenqo" klubunda çıxış edən 33 yaşlı hücumçu qadağan olunmuş preparat qəbul etmədiyini bildirir.
O, Yeni Zelandiya ilə keçiriləcək pley-off qarşılaşmalarını buraxmalı olacaq.
Hücumçu Peru yığmasında 83 oyun keçirib, 32 qol vurub.(komanda.az)