Düşmən gülləsindən ölməyən kəşfiyyatçı necə çempion oldu? Zəkiyevin həyatı

İdman 13:49 16.05.2019

Son illər Azərbaycanda fiziki qüsurlu idmançıları əhatə edən paralimpiya hərəkatı geniş yayılıb. Artıq fiziki qüsurlu idmançılar özlərini dünyadan təcrid olunmuş hesab etmir, idman camiəsində təmsil olunmaqla həyata inteqrasiya olunmaq imkanı əldə edirlər. 

Sözsüz, paralimpiya hərəkatının geniş vüsət alması nəticələrimizdə də öz əksini tapır. Paralimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı nəticələr bunun bariz nümunəsidir. 

Azərbaycan Paralimpiya hərəkatının yaranma tarixi mərhum prezident Heydər Əliyevin yenidən ölkəmizin rəhbərliyinə qayıdışından sonra yaranmış ictimai-siyasi sabitlik dövrünə təsadüf edir. 1996-cı ilin fevral ayının 9-u ölkəmizin idman salnaməsinə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaranma tarixi kimi daxil olub. Həmin gün Milli Paralimpiya Komitəsinin təsis konqresi keçirilib, orada İlqar Rəhimov Milli Paralimpiya Komitəsinin prezidenti seçilib.

1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçilməsindən sonra idmanda olan nəticələrin müsbətə doğru dəyişməsi hamıya bəllidir. Məhz bundan sonra onun diqqət və qayğısı paralimpiya hərəkatında da əks olunub. 2012-ci ildə London Paralimpiya Oyunlarında dörd qızıl, beş gümüş və üç bürünc medal qazanmış millimiz 164 ölkə arasında 27-ci yeri tutub.

Dövlət qayğısını özündə hiss edən idmançılarımızdan biri də Paralimpiya Oyunlarının ikiqat qalibi, ikiqat dünya, yeddiqat Avropa çempionu, Avropa Oyunlarının qalibi İlham Zəkiyevdir. Onun həyat hekayəsinə nəzər salaq.

İdmana başlaması

İlham Zəkiyev 3 mart 1980-ci ildə Sumqayıtda sıravi zavod işçisinin ailəsində anadan olub. Özündən üç yaş böyük qardaşı Fikrət Zəkiyev güləşlə məşğul olduğundan, İlhamın da idmana həvəsi yaranmışdı.

Bu həvəs onu 15 yaşında Azərbaycanın Əməkdar məşqçisi Əhməddin Rəcəblinin başçılığı altında, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda cüdo ilə məşğul olmağa gətirib-çıxarır. İlham çox qısa bir müddət ərzində uğurlara imza atır, Sumqayıt şəhərində keçirilən yarışmada qalib gəlir, gənclər arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyində qaliblər arasında yer tutur və sambo üzrə yeniyetmələr arasında Respublika çempionu olur.

1998-ci ilin iyun ayında Azərbaycan kubokunun qalibi olmaqla yeniyetmələrin Moskvada keçirilən Olimpiadasına vəsiqə qazanır. Lakin Moskvadakı Olimpiadaya getmək ona müyəssər olmur. Çünki onun vətən borcu vardı. O, düz bir ay sonra həqiqi hərbi xidmətə çağırılır və 2 iyul 1998-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlayır.

Gözünü itirməsi

Beyləqan rayonunun Daşburun stansiyasında əsgərlər mövqelərə bölüşdürüləndə, Zəkiyev fiziki görünüşünə və idman göstəricilərinə görə öz yaşıdlarından seçildiyi üçün “N” saylı kəşfiyyat taburuna göndərir. O, yeddi ay kəşfiyyatçı kimi nümunəvi xidmət edir, fəxri fərmanlar alır.

1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman düşmən mövqeyi tərəfdən atılan snayper gülləsinə tuş gəlir. Güllə onun sağ gicgahından girib, sol gicgahından çıxır. O, beş gün koma vəziyyətində qalır və həkimlər onun öləcəyini bildirir. Beşinci gün İlham rayon xəstəxanasında, anasının səsini eşidib özünə gəlir. Lakin gözlərini açanda, heç nə görmür. O, kor olmuşdu. İlhamın anası o anları belə xatırlayır:

“Biz onu rayon hərbi hospitalında tapdıq. Vəziyyəti çox ağır idi. Həkimlər ümidlərini itirmişdilər. “İdmançı olduğu üçün ürəyi hələ də mübarizə aparır”, – onlar deyirdilər. Mən onu çağırdım, “Oğlum, İlham” dedim. İlham çox zəif bir səslə “Mənə soyuqdur” dedi. Onda hamı başa düşdü ki, İlham ölümə qalib gəldi. Mən öz jaketimi çıxarıb onun üstünə sərdim. Yanında əyləşdim, isti çay verdim”.

Beləliklə, o, evinə I qrup Qarabağ əlili kimi dönür.

İdmana qayıdışı

O, 19 yaşında görmə qabiliyyətini itirsə də, ailəsinin və yaxın dostlarının dəstəyi sayəsində çətin dövrü arxada qoyur. Belə bir vəziyyətdə onun böyük idmana qayıtması böyük bir hadisə kimi qəbul edilirdi.

2002-ci ildə İlham o vaxtkı Gənclər, idman və turizm naziri Əbülfəs Qarayevlə görüşür. Nazir İlhamın Moskvaya gedərək orada müalicə almasına kömək edir. Lakin rusiyalı həkimlər belə ağır zədə almış insanlara görmə qabiliyyətini qaytarmağa müasir elmin hələlik qadir olmadığını bildirir.

Moskvadan Azərbaycana qayıdan İlham yenidən nazirliyə müraciət edərək hansı idman növü ilə məşğul olmaqla yarışlara çıxa biləcəyi barədə sorğu göndərir. Burada ona görmə qabiliyyəti olmayan və ya məhdud olan idmançıların yarışdığı paracüdoda iştirak etməyi təklif edirlər.

2002-ci il noyabrın 1-dən məşqlərə başlayır. 2003-cü ilin avqust ayında Kanadanın Kvebek şəhərində keçirilən paracüdo üzrə dünya çempionatında ilk dəfə tatamiyə çıxır. O, həmin yarışda bürünc medal qazanır və 2004-cü ildə Afinada keçiriləcək Paralimpiya Oyunlarına vəsiqə əldə edir.

O, Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən yeganə paracüdoçu olur. Afinada Kvebekdəki yarışda məğlub olduğu kubalı dünya çempionunu bir dəqiqə qırx saniyəyə məğlub edir. Yarımfinalda İspaniyadan olan idmançını 37 saniyə ərzində, finalda isə Böyük Britaniyadan olan rəqibinə ippon fəndi ilə bir dəqiqə iki saniyə müddətində məğlub edərək Paralimpiya Oyunlarının qalibi olur.

Bir ildən sonra isə Niderlandda keçən Avropa çempionatında, 2007-ci ildə Bakıda keçirilən qitə çempionatında qalib olur. İlham 2008-ci ildə Pekində keçirilən ikinci Paralimpiya Oyunlarında da Azərbaycanı sevindirir. O, daha sonra 2010-cu ildə dünya, 2009, 2011, 2015 (həm fərdi, həm komanda şəklində) və 2017-ci illərdə Avropa çempionu olur.

Onun ən böyük uğurlarından biri isə 2015-ci ildə ilk dəfə Azərbaycanda keçirilmiş Avropa Oyunlarında qazandığı qızıl medal olur. Qızıl medalı ona şəxsən ölkə başçısı İlham Əliyev təqdim edir.

2017-ci ilin sonunda o, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti olur. Bununla da ona həm də bu komitədə tək idmançı kimi yox, həm də icraedici şəxs kimi təmsil olunmaq həvalə edilir.

Ötən il Bakıda keçirilmiş cüdo dünya çempionatında o, yeddinci dan qara kəmərə sahib çıxır. Belə ki, Beynəlxalq Cüdo Federasiyasının idman direktoru Vladimir Barta ona bu kəmərə sahib çıxdığını təsdiq edən sertifikat təqdim edir.

Şəxsi həyatı

Qəhrəmanımızın özəl həyatı da maraqlıdır. İlham Zəkiyev 2005-ci ildə əsgərlik xidmətindən qabaq gördüyü və tanıdığı qızla Azərbaycan ənənələrinə uyğun olaraq ailə həyatı qurur. Onların toy günündə ölkə prezidenti də öz təbrik məktubu göndərir. Özünün dediyinə görə, oğlu İlkin harada Azərbaycan bayrağı görsə, tez bərkdən qışqırır: “Ata çempion”. 

İlham Zəkiyev həm də futbolla maraqlanır və “Neftçi”nin azarkeşidir. Onun başqa bir xasiyyəti də odur ki, hər dəfə yarışda qalib gəldikdən sonra rəqibi ilə nəzakətlə görüşür, öz təşəkkürünü bildirir, onun layibli bir rəqib olduğunu bildirir. Bundan başqa, İlham Zəkiyev dindar müsəlmandır və gündəlik namaz ibadətini yerinə yetirir.

Dövlət qayğısı

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan idmanındakı uğurlarına görə İlham Zəkiyev 2008-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib. 2009-cu ildə isə ona Əməkdar İdman Ustası fəxri adı verilib.

Bundan başqa, onda “Tərəqqi” medalı var, Heydər Əliyev Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl Çinar” mükafatları laureatıdır. 2017-ci ildə Gənclər və İdman Nazirliyində İlin idmançısı seçilib.

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Gənclər və İdman Nazirliyində ona bu ilin martın 1-də daha bir fəxri ad verilib. Artıq o, karyerasını bitirməsə belə, Əməkdar məşqçi adını daşıyır.

Səbuhi MUSAYEV

 

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
Hamısı